Siyasət

  • 3 204

"Görünür Paşinyan hələ də nəticə çıxara bilməyib” AÇIQLAMA-ÖZƏL

image

“Ermənistanın baş naziri Nikol Paşinyan rəhbərliyə gələndə düşünürdük ki, cinayətkar, kriminal hərbi cani olan “Qarabağ klanı”nı hakimiyyətdən uzaqlaşdırılması, onların bəzilərinin həbs olunması, bəzilərinin isə vəzifəsindən kənarlaşdırılması onun keçmişdən nəticə çıxardığına işarədir. Fikirləşirdik ki, yəqin o xalqını, millətini çətin vəziyyətdən çıxarmaq üçün düzgün yol seçəcək. Amma görünür ki, Paşinyan hələ də nəticə çıxara bilməyib”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.Onun sözlərinə görə, Paşinyan əksinə əsil erməni xəstəliyinə tutulan biri və pisidir: “Onun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sərsəm bəyanatlar səsləndirməsi, davakar mövqe sərgiləməsi, Azrbaycanla normal münasibətlər göstərmək fikrində olmadığını göstərir. Paşinyanın bəyanatları Azərbaycan torpaqlarını işğal altında saxlamaq niyyətini ortaya qoyur”.Azərbaycan Prezidentinin Real-TV-yə müsahibəsi zamanı ölkəmizin güclü dövlət və güclü orduya sahib olması ilə bağlı fikirlərini xatırladan E. Məmmədov söyləyib ki, əgər Ermənistan işğalçılıq siyasətini davam edərsə, bu ölkəni həm iqtisadi, həm də digər sahələrdə daha pis vəziyyət gözləyir: “ Göründüyü kimi Ermənistan hələ də problemin həlli istiqamətində konstruktiv mövqe nümayiş etdirmədiyi üçün danışıqlar hələ də nəticəsiz olaraq qalmaqdadır”.Deputat bildirib ki, Ermənistan üçün düzgün yol onun qonşularla qonşuluq münasibətləri yaratmaq, Azərbaycanın torpaqlarını işğaldan azad etmək və işğalçılıq siyasətinə son qoymaqdır: “Bu gün Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə istənilən an torpaqlarımızı işğaldan azad etmək qabiliyyətinə malikdir. Gedişat göstərir ki, erməniləri başqa cür başa salmaq mümkün deyil. Onları yalnız Azərbaycan əsgəri başa salacaq”.

sia.az

Digər xəbərlər