Siyasət

  • 3 518

"Cəmiyyəti bunların kimliyini bilir" ÖZƏL-MÜNASİBƏT

image

"Bu gün Azərbaycan hüquqi bir dövlətdir. Burada istənilən vətəndaşın özünü ifadə etməsi üçün maksimum şərait yaradılıb. O cümlədən də müxalif fikirli insanların özlərinin ideyalarını cəmiyyətə açıq hava toplantıları vasitəsilə çatdırmasına da şərait yaradılıb. Yəni bu cür toplantılardan biri də mitinqlər və küçə yürüşləridir. Əlbəttə ki, müxalifət mitinq elan etməyə hüququ olan bir kəsimdir. Lakin ölkədə hansısa siyasi proseslərin getmədiyi, ümumiyyətlə hansısa siyasi kampaniyalar getmədiyi bir zamanda hər dəfə mitinq elan edib cəmiyyəti narahat etməyi əlbəttə ki, anlamaq çətindir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Yəni nə baş verir ki, bu adamlar küçələrə çıxıb mitinq etmək istəyirlər? Bu məsələnin birinci tərəfidir. İkincisi isə Azərbaycanda elə bir sabit sistem qurulub ki, bu ölkədə istənilən şəxs özünü güvənli hiss edir. Yəni burada sabitlik hər şeydən öndə gəlir. Belə bir şəraitdə mitinqlər, küçə yürüşləri çağıraraq, ümumiyyətlə nümayişkəranə şəkildə radikal addımlat atmağa çağıraraq bu sabitliyi pozmaq olmaz. O baxımdan həmin adamların nə etmək istədiklərini anlamaq bir tərəfdən çətindir, digər tərəfdən isə tam asandır. Ona görə ki, o adamlar həqiqətən də özlərinin tükəndiklərinin fərqindədirlər. Yəni bilirlər ki, ictimai rəydə yoxdurlar və cəmiyyət artıq onları çoxdan unudub. Azərbaycan siyasi hakimiyyəti ölkədə elə bir şərait yaradıb ki, insanlar azad şəkildə seçim edib öz siyasi tərəflərini müəyyənləşdirə biliblər. Belə bir şəraitdə o adamların, xüsusən də ictimai rəylə manipulyasiya edən şəxslərin, siyasi iddialıların unudulması təbiidir. Onlar unudulmaqlarını həzm edə bilmirlər. Ona görə də bu və ya digər şəkildə gündəmdə qalmaq üçün dəxli olmadan belə siyasi aksiyaların anonsunu verirlər. Əlbəttə ki, Azərbaycan cəmiyyəti bunların kimliyini bilir və ölkəmizi Suriyaya, İraqa çevirmək istəyənlərin əsil məqsədlərini hər kəs yaxşı anlayır. Ona görə də mən düşünmürəm ki, bu adamların mitinq çağırışları uğurla nəticələnəcək”-deyə, siyasi şərhçi fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər