Siyasət

  • 3 688

“ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi faktdır" ÖZƏL-MÜNASİBƏT

image

“ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi faktdır və Azərbaycan bununla bağlı şikayətlərini ATƏT-ə çatdırmaqla, onun formatının dəyişdirilməsi təklifi ilə çıxış edə bilər". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Politoloqun sözlərinə görə, ATƏT-in Minsk qrupu yalnız vasitəçilik missiyası yerinə yetirməməli, eləcə də tərəflərə təzyiq göstərmək səlahiyyətlərinə də malik olmalıdır: "Bu səlahiyyətləri olmadığı üçün onlar Ermənistana təzyiq göstərə bilmir və düşmən ölkə danışıqlar stolunda qeyri-konstruktiv hərəkət edir. Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi, ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirib. Belə olan halda, ölkəmiz Minsk qrupunun səlahiyyətlərinin artırılması təklifini edə bilər".Q. Hüseynli qeyd edib ki, ATƏT-in Minsk qrupunun formatında dəyişiklik etməklə, onun tərkibinə yeni üzvlər əlavə edilə bilər: "Ümumiyyətlə, yarandığı vaxtdan etibarən ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməyib. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, ATƏT-in Minsk qrupu fəaliyyətində xristian təəssübkeşliyi, proseslərə ikili standartlardan yanaşma, eləcə də islamafobiya elementləri var. Bütün bunlar ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində obyektiv düşünməyə imkan vermir".

sia.az

Digər xəbərlər