Siyasət

  • 3 518

"Azərbaycan bu məsələni beynəlxalq qurumlara çıxarmalıdır" ÖZƏL -MÜNASİBƏT

image

““Dağlıq Qarabağ Respublikası” dünyanın heç bir ölkəsi tərəfindən tanınmamış qondarma qurumdur, Dağlıq Qarabağ isə Azərbaycanın təkibində olan bölgədir. Ermənistan öz qoşunlarını bu əraziyə yeridib, amma həmin ərazilər Azərbaycanın suveren torpaqlarıdır”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Politoloqun sözlərinə görə, sadəcə olaraq separatçılar həmin bölgədə qondarma bir dövlət yaratdıqlarını elan ediblər: “Lakin bu dövləti heç kim tanımır. O səbəbdən də bu, Azərbaycanın daxili işlərinə kobud surətdə müdaxilədir. Hətta deyərdim ki, bu, ciddi diplomatik skandal yardan bir məsələdir. İndinin özündə də Ermənistan baş naziri Nikol Paşinyan deyir ki, Dağlıq Qarabağın adından bizim danışmağa səlahiyyətimiz yoxdur. Çünki bizi Dağlıq Qarabağın adamları seçməyiblər. Bu zaman sual olunur. Əgər səni onlar seçməyiblərsə, həmin ərazilərdə sənin nə işin var? Məncə, Azərbaycan bu məsələni mütləq beynəlxalq qurumlara çıxarmalı və orada müzakirəsinə nail olmalıdır”.

sia.az

Digər xəbərlər