YAP Bərdə rayon təşkilatının yaradılmasının 26-cı ildönümünü qeyd olunub

Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatı yaradılmasının 26-cı ildönümünü tamam olub. Bu münasibətlə keçirilən tədbirdə YAP Bərdə rayon təşkilatının ilk üzvlərindən bir qrupu, Şura üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, partiya fəalları və KİV nümayəndələri iştirak edib. Təşkilatın yaradılmasının 26-cı ildönümü münasibətilə kimsəsiz və əlil uşaqlar ziyarət olunub.Əvvəlcə, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbiri YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya açaraq tədbir iştirakçılarını əlamətdar hadisə münasibətilə təbrik edib və Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan danışıb. Bildirib ki, müstəqil Azərbaycanın ötən müddət ərzində keçdiyi şərəfli yüksəliş yolu Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının fəaliyyət salnaməsidir. Onun sözlərinə görə, Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası daim güclənir, hər bir seçkidə inamlı qələbələr qazanır.
F.Şadlinskaya qeyd edib ki, bu gün YAP Bərdə rayon təşkilatının 11257 nəfər üzvü var. Üzvlərin 4718 nəfərini qadınlar, 3443 nəfərini isə gənclər təşkil edir. Təşkilat üzvləri ictimai-siyasi proseslərdə fəal iştirak edirlər.
Daha sonra tədbirdə YAP Bərdə rayon təşkilatının ilk üzvlərindən Vəliş Alıyev, fəal gənc Nərgiz Quliyeva və Togrul Yusifov çıxış edərək təşkilatın fəalliyi haqqında fikirlərini bildiriblər.
Sonra YAP Bərdə rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə məktəblilər arasında keçirilmiş “Breyn-rinq”intellektual oyunu və mini-futbol yarışının qaliblərinə qiymətli hədiyyələr təqdim edilib.
Tədbir Regional Bərdə Mədəniyyət İdarəsinin Qarabağ ansamblının kollektivinin, şəhər 3 saylı tam orta məktəbin və Bərdə Günərzi Qayğı Mərkəzinin uşaqlarının tqdimatında bədii hissə ilə davam edib.

sia.az