Siyasət

  • 3 907

"Azərbaycanla Bolqarıstan arasında gözəl münasibətlər var"

image

"Hazırda böyük problemə çevrilən "Brexit"in arxasında milyardlarla maliyyə vəsaiti dayanır. Heç kim bundan müsbət heç nə əldə etməyəcək. Bunun qarşısında duran gizli məqamlarını aşkar etməliyik". SİA-nın xəbərinə görə, bunu Bolqarıstanın baş naziri Boyko Borisov VII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib.Onun sözlərinə görə, bu məsələnin aradan qaldırılması cəmiyyətin sosial cəhətdən müdafiəsi deməkdir: "Silahlara xərclənən maliyyəni sosial məsələlərə səfərbər edə bilərik. Bəşəriyyət borcların ödənilməsi məsələsində yeni üsul tapmayıb. Bolqarıstan bu gün təhlükəsizlik şəraitində yaşayır, qonşularla gözəl münasibətlər var. Qonşu ölkələrlə hörmət, sülh şəraitində yaşayırıq".Azərbaycanla Bolqarıstan arasında gözəl münasibətlərin olduğunu deyən baş nazir söyləyib ki, bu münasibətlərin əsasını Prezident İlham Əliyev qoyub: "Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüslərini də qiymətləndirməliyik. Çünki bizdə olan kilsələrin təmiri məsələsinə diqqət göstərilir. Bizim qonşu ölkələrlə müştərək planlarımız var. Foruma görə, Azərbaycan prezidentinə təşəkkür edirəm. Düşünürəm ki, biz gələcəkdə bərabər şəkildə forumlarda iştirak edəcəyik".

sia.az

Digər xəbərlər