Siyasət

  • 3 769

"Foruma 50-yə yaxın ölkənin qatılması Azərbaycanın nüfuzunu göstərir" AÇIQLAMA-ÖZƏL

image

“50-yə yaxın ölkəni təmsil edən rəhbər şəxslərin, siyasətçilərin və digər nüfuzlu şəxslərin VII Qlobal Bakı Forumunda iştirak etməsi, Azərbaycanın nüfuzunu, eləcə də Forumun mühüm əhəmiyyətə malik olduğunu nümayiş etdirir”. Bu fikirləri SİA-ya açıqlamasında Forumda iştirak edən Çinin İnsan hüquqları institutunun vitse-prezidenti Liang Juanquan deyib.Azərbaycan-Çin münasibətləri haqqında fikirlərini bildirən institutunun vitse-prezidenti söyləyib ki, hazırda iki ölkə arasında həm siyasi, həm də iqtisadi baxımdan böyük əlaqələr mövcuddur: “ Bu bizi sevindirir. Təsadüfi deyil ki, Azərbaycan Çin üçün Böyük Qafqazda böyük bazar və yüksək səviyyəli tərəfdaşdır. Ümid edirəm ki, ikitərəfli əlaqələr nəticəsində Azərbaycanla Çin arasında mövcud əlaqələri daha da yüksək pilləyə çatdırıb, regionda ən güclü ölkələrdən birinə çevriləcəyik”.L.Juanquan söyləyib ki, Azərbaycan xalqı da Çin milləti kimi daim üzü gülər və qonaqpərvərdir: “ Azərbaycanda bu mənzərəni görmək mənim üçün çox xoşdur. Azərbaycan xalqı Prezident İlham Əliyev kimi bir liderə sahib olduğu üçün çox xoşbəxtdir. Belə bir xoşbəxtlik hər ölkəyə nəsib olmur. Biz ətrafdan ölkə başçınızın uğurlu daxili və xarici siyasət apardığını müşahidə edirik. Çin Azərbaycanın uğurlarına sevinir”.

sia.az

Digər xəbərlər