Siyasət

  • 3 774

"Hesablama Palatasının strukturunda dəyişikliyə ehtiyac var" MÖVQE

image

“Milli Məclis tərəfindən Hesablama Palatası haqqında qanun qəbul olunub. Hər kəsə məlumdur ki, Palata öz imkanları daxilində kifayət qədər fəaliyyət göstərir, hətta bir çox hallarda imkanlarından da kənar fəaliyyət göstərir. Amma strukturda ciddi şəkildə dəyişikliyə ehtiyac var. Yeni sistemə daxil olmalıyıq”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Parlamentin bu gün keçirilən iclasında Hesablama Palatasının hesabatının müzakirəsi zamanı çıxış edərkən deyib.O bildirib ki, bu gün ölkəmizdə struktur islahatları aparılır, yeniləri yaradılır, köhnələri ləğv olunur: “Bu baxımdan Palatanın gələcək fəaliyyətini qanun əlavə və dəyişikliklər etməklə, Prezident tərəfindən həyata keçirilən islahatlar sürətinə gətirib çıxarmalıyıq. Biz gözləməliyik ki, kimsə 5 il müddətində idarə etdiyi qurumu yeyib dağıtsın, sonra aşkara çıxsın ki, yeyinti var və həmin vəsait büdcəyə geri qaytarılsın. Burada itirən dövlət və insanlardır. Çünki, həmin vəsaitlər vətəndaşların sosial rifah halına müsbət təsir göstərə bilər”.S.Novruzov qeyd edib ki, nöqsanın, korrupsiya hallarının zamanında aşkarlanması üçün Palata tərəfindən hesabatlar 6 aylıq və ya 1 illik olmalıdır: “Aralıq dövrdə ciddi şəkildə monitorinqlər aparılmalıdır. Əgər lazımdırsa, bura kadrlar cəlb olunmalı, korrupsiyaya meylli şəxslər tapılmalıdır. Gələcəkdə bunlar nəzərə alınmalı, bu işləri yeni metodla həyata keçirməliyik. Palataya əlavə dəstək verməklə büdcəyə nəzarət edən orqan kimi bu məsələdə bundan sonra da ciddi addımlar atsın”.

sia.az

Digər xəbərlər