Siyasət

  • 3 331

"Son 1 il Azərbaycan dövlətinin tarixində önəmli bir mərhələdir" RƏY-ÖZƏL

image

“2018-ci ildə 11 aprel seçkilərindən sonra Azərbaycanda yaşananlar, xüsusilə də, 2019-cu ilin ilk 4 ayı ərzində baş verən hadisələr özünəməxsusluğu, müstəsnalığı, bənzərsizliyi ilə seçilir və fərqlənir. Qısa müddətdə bütün sahələr üzrə, ən əsası da əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox yüksək işlər görülüb, görülür və görülməkdədir”. Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.Son 1 il müddətində görülən işləri sözlə ifadə etməkdə çətinlik çəkən deputat deyib ki, atılan addımların, görülən işlərin təşkilatçısı, təşəbbüskarı, icraçısı prezident İlham Əliyevdir.Onun sözlərinə görə, 2018-ci ilin 11 aprel seçkiləri və ötən bir il müstəqil Azərbaycan dövlətinin tarixində xüsusi və önəmli bir mərhələdir: “ Ölkəmiz qısa müddətdə bütün dünyaya inkişafın yeni mərhələsini göstərmiş oldu. Qısa müddət ərzində görülən böyük işlər hələ uzun illər xatırlanacaq, yaddaşlarda, hafizələrdə özünə möhkəm yer edəcək”.E. Səlimov qeyd edib ki, son 15 ildə həyata keçirilən uğurlu siyasət və son 1 ildə atılan inqilabi addımlar, islahatlar nəticəsində Azərbaycan dünyanın lider dövlətləri sırasına qalxıb, yüksəlib, imzasını imzalar içində tanıda və tanıtdıra bilib: “Fransanın “Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusunda da vətəndaşlarımızın Dövlət başçısının gördüyü işlərə verdiyi yüksək qiymət bir daha göstərdi ki, ölkəmizdə həyata keçirilən siyasət düzgündür və xalqımız öz seçimində yanılmayıb”.

sia.az

Digər xəbərlər