Siyasət

  • 5 790

İLHAM ƏLİYEVİN PREZİDENTLİYİNİN BİR İLİ: BÖYÜK İSLAHATLAR KURSUNUN DAVAMI VƏ NAİLİYYƏTLƏR

image

2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca səkkizinci rəsmi seçki olmuşdu. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,03 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdi.

NİYƏ MƏHZ İLHAM ƏLİYEV?
Seçkilərin nəticələri Azərbaycan xalqının bir daha Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirdi. Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin seçkilərdə parlaq qələbə qazanması Azərbaycan vətəndaşlarının seçiminin sabitlik, təhlükəsizlik və davamlı inkişaf olmasının əyani ifadəsi idi. Azərbaycan xalqı doğru seçimini etməklə özünün siyasi iradəsini bütün dünyaya bir daha çatdırmış oldu. Bu qələbə bütövlükdə Azərbaycan xalqının zəfəri idi. Bu qələbə lider-Xalq birliyinin sarsılmaz olduğunu bir daha sübut etdi. 11 aprel seçkiləri həm də Azərbaycanda demokratiyanın növbəti təntənəsi oldu.Əlbəttə ki, Azərbaycan xalqı 2003, 2008, 2013-cü illərdə olduğu kimi, 2018-ci ildə də doğru, müdrik seçim etmişdi. Çünki, Azərbaycanın bugünkü inkişafı Prezident İlham Əliyevin fəaliyyəti ilə bilavasitə əlaqədardır. Cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti daha da artıb, iqtisadiyyatımız bir neçə dəfə yüksəlib, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib.Seçkilərdən sonra Prezident İlham Əliyev xalqa müraciətində Azərbaycanın son 15 ildə keçdiyi yolu geniş təhlil edərək bu yolda əldə olunmuş uğurları vurğuladı və hər bir sahədə ölkəmizin nailiyyətlər qazandığını, inkişaf etdiyini qeyd etdi: «Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq. Xalq-iqtidar birliyi, bizim məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirmişdir. Azərbaycanın beynəlxalq nüfuzu artır, biz dünya miqyasında layiqli yer tuta bilmişik. Bu gün Azərbaycan dünyada çox böyük hörmətə, rəğbətə, dəstəyə malik olan bir ölkədir. Biz etibarlı tərəfdaşıq, bizimlə hesablaşırlar və biz beynəlxalq aləmdə öz mövqelərimizi böyük dərəcədə gücləndirə bilmişik».Təsadüfi deyildir ki, xalq bütün dövrlərdə cənab Prezidentin verdiyi vədlərin tam şəkildə yerinə yetirildiyinin şahidi olub. Ümumilikdə, ötən 15 ildə ölkəmiz tarixi və şərəfli yol keçib. Azərbaycan bütün sahələrdə ciddi nailiyyətlərə imza atıb. Bütün bu nailiyyətlər xalqımızın gözü qarşısında, onun şahidliyi ilə baş verib və vətəndaşlarımız qazanılan uğurları öz həyatında hiss edir. Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı cənab İlham Əliyevə yüksək inam və etimad göstərməklə ölkəmizin qarşıdakı dövrdə də möhtəşəm nailiyyətlər, uğurlar qazanmasına vəsiqə vermiş oldu. Şübhəsiz ki, qarşıdakı növbəti illər ərzində də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası daha da irəliləyəcək, inkişaf edəcək, daha da qüdrətlənərək beynəlxalq müstəvidə öz mövqeyini gücləndirəcəkdir.
YOLA DAVAM: İSLAHATLAR VƏ UĞURLARIN İZİ İLƏ
Bu gün artıq cənab İlham Əliyevin Pezidentliyinin bir ili tamam olur. Bu bir il ərzində Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursuna sadiq qalmaqla siyasi-hüquqi, sosial-iqtisadi və humanitar islahatları davam etdirməklə Azərbaycanın yeni-yeni uğurlar və nailiyyətlər qazanmasına əlavə təkan verdi.Azərbaycanın inkişafı, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində ciddi addımların atılacağının nişanı isə Prezident İlham Əliyevin seçkilərdən cəmi 1 həftə sonra imzaladığı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat məbləğində birdəfəlik ödəmə verilməsi haqqında Fərmanı oldu. Növbəti Fərmanla şəhid ailələrinə verilən müavinət 242 manatdan 300 manata, Əfqanıstanda həlak olanların ailələri üçün nəzərdə tutulan müavinət 220 min manatdan 300 manata qaldırıldı. Əmək haqqı və pensiyaların, tələbə təqaüdlərinin, məcburi köçkün və qaçqınlar, aztəminatlı ailələr üçün nəzərdə tutulan güzəşt və müavinətlərin artırılması, problemli kreditlərlə, çoxmənzilli binaların qeydiyyata alınması ilə bağlı göstərişlərin verilməsi ölkə vətəndaşlarının sosial müdafəisinin təminatı istiqamətində aparılan siyasətin ən bariz nümunəsidir. Eyni zamanda, əmək haqqı və pensiyaların, tələbə təqaüdlərinin, məcburi köçkün və qaçqınlar, aztəminatlı ailələr üçün nəzərdə tutulan güzəşt və müavinətlərin artırılması, problemli kreditlərlə, çoxmənzilli binaların qeydiyyata alınması ilə bağlı göstərişlərin verilməsi ölkə vətəndaşlarının sosial müdafəisinin təminatı istiqamətində aparılan siyasətin nəticələridir.Həmçinin, baş verən zəlzələlər, daşqınlar nəticəsində əhaliyə vurulan ziyanın dövlət tərəfindən ödənilməsi, sosial mənzillərin tikilməsi, xidmət obyektlərinin inşası dövlətin vətəndaşına göstərdiyi qayğıdır. Ötən illərdə Balakən və Zaqatalada baş verən zəlzələlər zamanı vətəndaşlara dəyən ziyanın, Kür çayının daşması nəticəsində sahilyanı kəndlərdə yaranan problemlərin dövlətin öz gücü hesabını aradan qaldırılması dünyada alternativi olmayan təcrübədir. O zaman təbii fəlakətlərdən zərər çəkənlər üçün 3 mindən artıq yeni, daha müasir evlər tikildi, sosial obyektlər inşa olundu. Eyni diqqət Şamaxıda, Ağsuda, İsmayıllıda baş verən zəlzələdən zərər çəkənlərə də göstərildi. Zəlzələnin yaratdğı fəsadlarla yerindəcə tanış olub, insanlara lazımi kömək göstərilməsi üçün vətəndaş təkliflərini əks etdirən tövsiyələr verən Prezident İlham Əliyev növbəti dəfə zəlzələ bölgəsində aparılan işlərin gedişi ilə maraqlanıb.Bütün bunlarla yanaşı Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar keçirilən müşavirədə aidiyyəti orqanlara tapşırıqlarını verən, zərər çəkən insanlara dövlət dəstəyinin göstəriləcəyini bildirən cənab İlham Əliyev bunun üçün maliyyə vəsaitlərinin ayrılması barədə Sərəncam imzaladı. Azərbaycanda sığorta sahəsində boşluqların olduğunu diqqətə çatdırdı. Yanğının fəsadlarının aradan qaldırılması üçün ilk mərhələdə 3 milyon manat vəsaitin ayrılması dövlətin sahibkarına sahib çıxmasının təzahürüdür. Bununla bir daha subut olundu ki, Prezident İlham Əliyev hər bir vətəndaşın yanındadır.«Əlbəttə ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm və bizim atdığımız addımlar dediklərimi sübut edir. Bizim imkanlarımız artdıqca, ilk növbədə, bu gün hələ də ağır vəziyyətdə, çətin şəraitdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmağa çalışırıq. Son illər bu istiqamətdə çox böyük işlər görülmüşdür» söyləyən dövlət başçımızın vurğuladığı kimi, iqtisadi müstəqillik illərində qazanılan uğurlar sosial islahatların tətbiqi imkanlarını daha da artırıb.Azərbaycanda yeni dövrün başlandığını bəyan edən Prezident İlham Əliyev idarəçilik sahəsində də müvafiq institusional fərman və sərəncamlar imzaladı. Çevik və produktiv idarəçiliyin həyata keçirilməsi, vətəndaşlara yüksək xidmətin göstərilməsi kimi məqsədləri qarşıya qoyan Prezident İlham Əliyev ötən bir il ərzində bu missiyanı da uğurla reallaşdıra bildi. Məsələn, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə 2018-ci ilin avqustunda əhalinin məşğulluğu, əmək və sosial müdafiəsi ilə bağlı çevik və innovativ xidmətlər göstərilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində «Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi»nin (DOST) yaradılması aztəminatlı ailələrin büdcəsinə müsbət təsir edən humanist addım olmaqla təsdiqlədi ki, ölkədə insan amilinə qayğını fəaliyyətinin əsas prinsipləri kimi diqqət yetirən cənab İlham Əliyev həqiqi mənada hər bir ölkə vətəndaşının Prezidentidir. Sosial sahədə «ASAN xidmət»in analoqu olan Dayanıqlı və Operativ Sosial Təminat mərkəzlərinin yaradılması işsizliyin aradan qaldırılmasına yaradılan əlavə imkandır. Yeni layihənin tətbiqi ilə məşğulluq səviyyəsinin artırılması üçün tədbirlər görülür. DOST Agentliyi və mərkəzlərinin yaradılması ilə mühüm keyfiyyət dəyişikliyi təmin olunacaq. 2019-2025-ci illərdə Bakıda və respublikanın rayonlarında 31 DOST mərkəzinin yaradılması nəzərdə tutulur. Bu mərkəzlər şəbəkəsinin fəaliyyəti, müasir texnologiyaların tətbiqi ilə əmək, sosial müdafiə, məşğulluq xidmətlərinin əhatə dairəsi genişlənəcək, əhaliyə səyyar xidmətlər göstəriləcək.
ÖTƏN BİR İLDƏKİ UĞURLAR SON 15 İLİN NAİLİYYƏTLƏRİNİN DAVAMIDIR
Təsadüfi deyildir ki, 2003-cü ildə xalqın böyük etimadı və dəstəyi ilə dövlət başçısı seçiləndən hər bir azərbaycanlının Prezidenti olmağı bacaran cənab İlham Əliyevin bütün seçki platformalarında sosial siyasət mühüm yer tutmuşdu. Həmçinin, 2008, 2013 və 2018-ci illərdə keçirilmiş Prezident seçkilərində cənab İlham Əliyevin seçicilərə təqdim etdiyi seçki platformalarında sosial məsələlərin həlli ən mühüm amil kimi öz əksini tapmışdı. Məhz, bunun nəticəsidir ki, ötən 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf edib, ümumi daxili məhsul 3,3 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artıb, iqtisadiyyatımıza 250 milyard dollar sərmayə qoyulub. Bütün bunların fonunda 2 milyon iş yeri yaradılıb, maaşlar 7, pensiyalar da 9 dəfə artıb.Eyni siyasi xəttin davam etdirilməsi 2018-ci il seçkilərindən ötən bir il ərzində də baş verib. Çünki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda inkişaf dinamik xarakterlidir, müasir çağırışlara uyğun olaraq reallaşdırılan siyasi-iqtisadi və sosial islahatlar da sistemli, ardıcıl şəkildə həyata keçirilir. Elə bunun nəticəsidir ki, Azərbaycanda müşahidə olunan iqtisadi və sosial problemlər dövlətin müdaxiləsi ilə tez bir zamanda aradan qaldırılır.Məhz, Prezident İlham Əliyevin böhrandan sonra Azərbaycan iqtisadiyyatını yenidən dirçəltmək və maliyyə resurslarımızın artırılması üçün atdığı addımlar tez bir zamanda effekt verdi, yaradılmış yeni aqroparkların, sənaye məhəllələrinin məhsul istehsalı və ixracı, vergi-gömrük sahəsində şəffaflığın təmin edilməsi ilə dövlət büdcəsinə daxil olmalar yüksəlməyə başladı. Əlbəttə ki, bu artımların hesabına 2019-cu ilin büdcəsində nəzərdə tutulduğu kimi əldə olunan gəlirlər birbaşa vətəndaşların rifahının daha da yaxşılaşdırılmasına yönəldildi.Təkcə 2019-cu ilin 3 ayı ərzində cənab Prezident İlham Əliyevin təqribən 3 milyon insanı əhatə edən və maliyyə tutumu təxminən 2.2 milyard manat olan sərəncamları, fərmanları imzalaması, qərarları verməsi sırf Azərbaycan xalqının yaşayışının, rifah halının daha da yüksəldilməsi məqsədinə xidmət edir. 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən də problemli kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə sözün əsl mənasında inqilabi qərarlardır və Prezident İlham Əliyevin verdiyi bu qərarlar bütün dünya üçün sosial inqilab nümunəsidir. Məhz, Prezident İlham Əliyev tərəfindən atılan addımlar, görülən işlər bir daha isbatlayır ki, Azərbaycanda həyata keçirilən sosial siyasət sistemli, düşünülmüş kompleks tədbirlərdən ibarətdir.Danılmaz faktdlr ki, bu gün Azərbaycanda həyata keçirirlən sosial-siyasi və hüquqi islahatlar əslində Prezident İlham Əliyevin inkişaf konsepsiyasının tərkib hissəsidir. Bu səbəbdən də Prezident İlham Əliyev hər zaman xalqının yanında olub, xalqdan güc alıb, xalq da Onu dəstəkləyib, müdafiə edib. Məhz, xalq-iqtidar birliyinin sarsılmazlığının əsasında da bu faktor durur. Əminik ki, Azərbaycan dövləti bundan sonra da bu xalq-iqtidar birliyi üzərində daha da möhkəmlənəcək, daha da inkişaf edəcək.

Bəhruz Quliyev
"SƏS" qəzetinin baş redaktoru

Digər xəbərlər