Siyasət

  • 3 733

Səfir: Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ-ın etibarlı tərəfdaşıdır

image

Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ-ın etibarlı tərəfdaşıdır.Bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda çıxışı zaman deyib.

Səfir bildirib ki, Azərbaycan beynəlxalq sülhün təmin olunmasına mühüm töhfə verir, Əfqanstana sülhməramlı qoşunlarını göndərir.
O qeyd edib ki, Azərbaycan bu tədbirə ev sahibliyi etməklə narkotiklərə qarşı mübarizədə mühüm rol oynayır.
Ö.Litzenberqer Azərbaycanın mühüm geostrateji məkanda yerləşdiyini də vurğulayıb.

yap.org.az.

Digər xəbərlər