Siyasət

  • 4 089

Özbəkistan telekanalında “Qafqaz mirvarisi - Azərbaycan”

image

Özbəkistanın “Dunyo Boylab” telekanalında ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanlarına dair “Qafqaz mirvarisi -Azərbaycan” adlı geniş veriliş yayımlanıb. Veriliş Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə bu ölkə jurnalistlərinin Azərbaycana təşkil etdiyi mediatur çərçivəsində hazırlanıb. AMM ilə bu ölkənin “Dunyo Boylab” telekanalı arasında əldə olunan razılığa əsasın iki ölkə arasında dostluq əlaqələrinin təbliği, habelə yeni turizm mövsümünün başlanması ilə əlaqədar kanalda ölkəmizə dair silsilə verilişlərin yayımlanması davam etdiriləcək.Tanınmış jurnalist Gulsara Soatxovanın təqdim etdiyi verilişdə Azərbaycanın dünya şöhrətli Naftalan sanatoriyaları, Naftalan neftinin tarixi, şəhərdəki istirahət, turizm, kurort mərkəzləri, habelə Naftalan neftinin müalicəvi əhəmiyyətindən söhbət açılır.Verilişdə Azərbaycanın qədim və ikinci böyük şəhəri, Nizami Gəncəvinin vətəni olan Gəncə şəhəri haqqında, şəhərin tarixi, onun görməli yerləri, turizm imkanları barədə geniş məlumat verilir, XVIII əsrdə yenidən bərpa olunan Xan bağı, Azərbaycan təbiətinin mirvarisi olan Göygöl haqqında maraqlı kadrlar nümayiş etdirilir.Proqramda jurnalist qədim tarixə malik Şəki şəhərinə səfərə də xüsusi yer ayırıb, bu şəhərdə XVII əsrdə tikilən “Yuxarı karvansara”, unikal memarlıq abidəsi olan Şəki Xan Sarayı, Şəki ipəyi haqqında məlumat verir, Əliəhməd nəslindən olan şirniyyat ustaları tərəfindən bişirilən Şəki halvası, onun hazırlanması prosesini nümayiş etdirib. Aparıcı Şəkinin mədəniyyət abidələri, turizm imkanları, bu şəhərdə geniş istifadə edilən qədim şəbəkələr haqqında söhbət açır, şəhərinin yaxınlığında yerləşən Kiş kəndi, orada eramızın I əsrinə aid olan ibadətxana haqqında geniş məlumat verir.

sia.az

Digər xəbərlər