Siyasət

  • 4 381

Ər-Riyad G20-yə ev sahibliyi edəcək

image

Gələn il G20 qrupuna sədrlik edəcək Səudiyyə Ərəbistanı bu təşkilatın 15-ci sammitini 2020-ci il noyabrın 21-22-də Ər-Riyadda keçirəcək. Bu barədə SPA agentliyi məlumat yayıb.SİA TASS informasiya agentliyinə istinadla xəbər verir ki, məlumatda Səudiyyə Ərəbistanının G20-nin məqsədlərinə, habelə beynəlxalq iqtisadi sistemin sabitliyinə və tərəqqisinə sadiq olduğu bildirilir.Xatırladaq ki, G20 sammitinin Səudiyyə Ərəbistanında keçirilməsi barədə qərar qrupun liderlərinin 2017-ci ildə Hamburq görüşündə qəbul edilib.

sia.az

Digər xəbərlər