Ümummilli Liderin xatirəsi İstanbulda yad olunub

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə İstanbulun Sarıyer rayonunda yerləşən Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi ziyarət olunub.

Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə İstanbulun Sarıyer bələdiyyəsinin sədri və əməkdaşları, diplomatlar, rəsmi şəxslər, ziyalılar, Azərbaycanın dövlət təşkilatlarının Türkiyədəki nümayəndələri, KİV-lərin və QHT-lərin nümayəndələri iştirak ediblər.
Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə güllər düzülüb.
Tədbir iştirakçıları Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün bu ərazidəki büstünü də ziyarət edərək önünə gül dəstələri qoyublar.

yap.org.az