Siyasət

  • 4 258

Bakıda “Gender bərabərliyi və media” mövzusunda konfrans işə başlayıb

image

Mayın 13-də Bakıda “Gender bərabərliyi və media” mövzusunda konfrans işə başlayıb."Azərbaycanda gender bərabərliyi və media azadlığı" layihəsi çərçivəsində reallaşdırılan tədbirdə çıxış edən Avropa Şurasının Bakı ofisinin rəhbəri səfir Zoltan Hernyes layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, hazırda dünyada media azadlığı sahəsində bir sıra problemlər mövcuddur. Belə layihələr bu problemlərin həlli barədə müzakirələrin aparılması baxımından çox önəmlidir.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, hələ Avropa Şurasının yaranmasından 30 il əvvəl Azərbaycanda qadınlara seçki hüququ verilmişdi. Azərbaycanda bu sahədə də balanslaşdırılmış siyasət aparılır. Ölkəmizdə gender bərabərliyinə həssas yanaşma var. Bu, Konstitusiyamızda da öz əksini tapıb.

yap.org.az

Digər xəbərlər