Siyasət

  • 5 425

YAP Kürdəmir rayon təşkilatında "Nəsimi ili" ilə bağlı tədbir keçirilib

image

YAP Kürdəmir rayon təşkilatı tərəfindən rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında Azərbaycanın mütəfəkkir şairi İmaməddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib. Tədbiri giriş sözü ilə YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli açaraq xatırladıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “ Nəsimi ili ” elan edilib. Bu Sərəncam dövlət başçısının bədii sözə və ədəbiyyatımıza, incəsənət və mədəniyyətimizə verdiyi böyük dəyər və qayğının daha bir nümunəsidir. Ölkə ictimaiyyəti "Nəsimi İli" çərçivəsində milli-mənəvi dəyərlər silsiləsinin Nəsimi irsini bütün platformalarda müzakirə edir və geniş səpkidə tədbirlər reallaşır.Qeyd olunub ki, YAP Kürdəmir rayon təşkilatı tərəfindən keçirilən müsabiqədə ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib. Yaradılmış münsiflər heyətinin iştirakı ilə iştirakçılar dinlənildi.Səsləndirilən əsərlərdə İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından olduğu bir daha öz ifadəsini tapıb. İmadəddin Nəsiminin anadilli şeirin humanist ideyalarla, yeni məzmun və bədii lövhələrlə daha da zənginləşməsində misilsiz xidmətləri var. Mütəfəkkir şairin şeirlərində, qəzəllərində dərin poetik fikirlər, fəlsəfi görüşlər və dövrün elmi-fəlsəfi düşüncəsi aydın ifadə edilib.Münsiflər heyətinin üzvləri Kürdəmir rayon Uşaq Yaradıcılıq İnkişaf Mərkəzinin direktoru Nəsibə Hidayətova, Kürdəmir Regional Mədəniyyət İdarəsi N.Nərimanov adına mədəniyyət mərkəzinin direktoru Sevinc Həsənova, Kürdəmir şəhər 3 saylı tam orta məktəbin dil - ədəbiyyat müəllimi Günəş Xudiyeva, Kürdəmir Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Nazim Çıraqov, N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyinin Aran şöbəsinin müdiri Yaqut Əşrəfova, YAP Kürdəmir rayon təşkilatının baş məsləhətçisi Məhəmməd Heydərli, Kürdəmir rayonu Bağman kənd tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Xalid Bayramov, hər bir iştirakçı haqqında fikirlərini bildiriblər.Münsiflər heyətinin qərarı ilə Şəhər 3 saylı tam orta məktəbinin şagirdi Abdullayeva Sahilə Fərman qızı birinci, Şəhər 1 saylı tam orta məktəbinin şagirdi Heydərova Təranə İsrafil qızı ikinci, Atakişili kənd tam orta məktəbinin şagirdi Kərimova Natavan Ramiq qızı üçüncü yerə layiq görülüblər . Onlar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. Qaliblər YAP Kürdəmir rayon təşkilatı tərəfindən fəxri fərman və və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

sia.az

Digər xəbərlər