Siyasət

  • 3 736

“Azərbaycanda həyata keçirilən sosial siyasət inqilabi xarakter daşıyır” RƏY-ÖZƏL

image

“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən minimum əmək haqlarının artırılması ilə bağlı imzalanan sərəncamlar vətəndaşlarımızın maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılmış ən əhəmiyyətli addımdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.Ölkə başçısı tərəfindən həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının sosial durumunun və rifahının yaxşılaşdırılması dayandığını xatırladan deputat söyləyib ki, son imzalanan sənədə əsasən minimum əmək haqqının 180 manatdan 250 manata yüksəldilməsi vətəndaşlarımızın sosial vəziyyətini daha da yaxşılaşdıracaq.S.Hüseynova bildirib ki, minimum əmək haqqının artırılması Azərbaycan dövlətinin vətəndaşına olan qayğısının bariz göstəricisidir: “Bildiyiniz kimi bu ilin fevral ayında da minimum əmək haqları ilə bağlı inqilabi addım atılmışdı. O zaman minimum əmək haqları 130 manatdan 180 manata qaldırılmışdı. Hazırda bu rəqəmin 250 manata qədər artırılıb. Bu, bir daha göstərir ki, Azərbaycanda yürüdülən sosial siyasət inqilabi xarakter daşıyır”.

sia.az

Digər xəbərlər