Siyasət

  • 4 396

Azərbaycan Ordusu – qürur mənbəyimiz, şərəf tariximiz! ANALIZ

image

1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə fərəhləndiyimiz Azərbaycan Silahlı Qüvvələrimizdir!

Artıq 21 ildir ki, iyunun 26-sı – Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün ölkəmizdə ümumxalq bayramı kimi qürurla qeyd edilir. Bu günün bayram kimi şanlı tarix səhifəmizə yazılmasının müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Məhz Ulu Öndərin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Bu baxımdan, qeyd edilməlidir ki, Ümummilli Lider Heydər Əliyevin bu fərmanı tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox mühüm sənəddir. Bu tarixi sənəd Azərbaycanın suverenliyinin, müstəqilliyinin, müdafiəsinin, sabitliyinin qorunub-saxlanılması, inkişaf etdirilməsi üçün öz önəmliyini göstərməkdədir.O cümlədən, məlumdur ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olmuşdur. Müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası, müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Biz fəxrlə deyə bilərik ki, Ümummilli Liderimizin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur!Söz yox ki, biz bu barədə danışarkən ötən əsrin sonlarında ermənilərin Azərbaycana qarşı qaldırdıqları ərazi iddialarını və müstəqilliyimizin ilk illərində baş verən prosesləri də unutmur və tarixdən dərs alırıq. Ermənilərin işğalçılıq siyasətlərinin ilk vaxtlarından kəndlərimiz qarət olunmağa başlandı. Onlar quldur basqınları törədərək, azərbaycanlıları girov götürür, pul müqabilində buraxırdılar. Bütün bunlara isə güclü strukturları olan SSRİ-nin rəhbərliyi “növbətçi açıqlamalar” verməklə kifayətlənirdi. Erməni terrorçularına “gözün üstündə qaşın var” deyən yox idi. Azərbaycan əhalisi haqlı olaraq sual edirdi ki, bir dövlətin tərkibində yaşayırıq, amma bizim əl-qolumuzu bağlayıblar, ermənilər isə istədiklərini edirlər. Əksinə, SSRİ-də ermənipərəst rəhbərlər işğalçılara, separatçılara müxtəlif üsullarla silahlar verir, onları bütün mənalarda təchiz edir, azərbaycanlıların isə haqq-ədalət çağırışlarına bütün dünya göz yumurdu.Kreml isə, bizi sakitləşdirmək yolunu tutmaqla Ermənistandakı soydaşlarımızın zorla, fiziki təzyiqlərlə, hətta qəsdlərlə dədə-baba torpaqlarından çıxarılaraq Azərbaycana qovulmasına şərait yaradırdılar. Qarabağda yaşayan azərbaycanlılar isə məcbur olurdular ki, özləri öz kəndlərini, ev-eşiklərini, torpaqlarını özləri qorusunlar. Gecə səhərə qədər kəndlərdə tonqal qalayırdılar. Çomaqla, baltayla, dəhrəylə keşik çəkirdilər. Hətta “quş tüfəngi” deyilən köhnə silahlar belə təhvil alınır, təhvil verməyənlər isə cinayət məsuliyyətinə cəlb edilirdilər. Vəziyyət gərgin həddə qədər gəlib-çıxmışdı...Bunun ardınca AXC-Müsavat hakimiyyəti dövründə torpaqlarımız ard-arda işğala məriz qalır, erməni vəhşiliyi nəticəsində insanlarımız öldürülür, soyqırımları törədilir, doğma yurd-yuvalarını təkr edərək, kütləvi şəkildə qaçqın və məcburi köçkünlərə dönürdülər. Məhz həmin zamanlardan sonra – 1993-cü ilin yayında Ulu Öndərin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayışı daha böyük fəlakətlərin qarşısını almağa başladı. Çünki Heydər Əliyev təcrübəli və səriştəli siyasətçi olmaqla yanaşı, həm də uzun müddət dövlət təhlükəsizliyi orqanlarında işləmişdi, SSRİ-nin rəhbərlərindən biri olmuşdu. Həm dünyada gedən siyasi proseslərdən, həm də hərbi sahədən kifayət qədər xəbəri vardı. Ulu Öndər hələ Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olan vaxtdan ölkəmizdə ordu quruculuğuna başlamışdı. O, yaxşı bilirdi ki, ordu ilk növbədə milli zabit kadrların olması deməkdir və Heydər Əliyev öz nüfuzu və hörməti ilə mərkəzə müəyyən təsirlər edərək Cəmşid Naxçıvanski adına hərbi təmayüllü internat məktəbini yaratmışdı. Bu, o dövr üçün çox mühüm addım idi – hərbi potrensiallı kadrlarımız yetişdi və bu reallıq özünü sonrakı illərdə sübuta yetirdi.Misal üçün, 90-cı illərin əvvəllərində Müdafiə Nazirliyinin tərkibində batalyonlar yaradılsa da, onların hamısı vətənin müdafiəsinə xidmət etmirdi. Bir çoxu müxtəlif siyasi partiyaların maraqlarını güdürdü. Həmin silahlı dəstələr Ulu Öndər tərəfindən ləğv olundu, əvəzində vahid komandanlığa tabe olan nizami Azərbaycan Ordusu yaradıldı. Bu, bütün ictimaiyyətdə böyük ruh yüksəkliyi doğurdu! Tezliklə Horadiz əməliyyatı keçirildi, indiki Çocuq Mərcanlı kəndi də daxil olmaqla 22 yaşayış məntəqəsi işğaldan azad edildi. Məhz bu əməliyyatlardan sonra ermənilər atəşkəs müqaviləsini imzalamağa məcbur oldular. Çünki gördülər ki, yeni yaradılmış bu ordu ilə Azərbaycan onlara üstün gəlir. Ona görə məcburiyyət qarşısında qalaraq atəşkəsə də razı oldular. Bundan sonra isə Heydər Əliyev ordu quruculuğu prosesini tam miqyasda həyata keçirməyə başladı. Atəşkəs elan olunandan sonra qeyri-qanuni silahlı dəstələr ləğv edildi, əhalidə olan külli miqdarda silah-sursat toplanıldı. Ölkədə möhkəm və dönməz sabitlik yarandı. Nəhayət, iqtisadi islahatlara start verildi, bazar iqtisadiyyatı münasibətlərinə keçid üçün addımlar atıldı, özəlləşdirmə proqramları həyata keçirildi. Ən mühüm tarixi hadisə olan “Əsrin müqaviləsi” neft kontraktının imzalanması oldu. Bütün bu proseslərlə paralel ordu quruculuğu durmadan davam etdirildi. Hətta yadımıza gəlir ki, o dövrdə əsgərliyə gedənlər bir neçə ay mülki formada xidmət edirdilər. Onları hərbi geyimlə təmin etmək imkanları aşağı idi. Bunlara baxmayaraq, qısa müddətdə Azərbaycan Ordusu lazımi səviyyədə formalaşdırıldı.Ulu Öndər Heydər Əliyevin ordu ilə bağlı müəyyən etdiyi strategiya bu gün Onun layiqli siyasi davamçısı, siyasi varisi – Ali Baş Komandan, Prezident İlham Əliyev cənabları tərəfindən əzmlə, uğurla həyata keçirilir. Cənab İlham Əliyevin bəyan etdiyi kimi, ordunun gücləndirilməsi daim prioritet məsələdir. Məhz Heydər Əliyevin miras qoyduğu güclü iqtisadi əsaslardan səmərəli istifadə edərək ölkəmizin dinamik və davamlı inkişafına nail olan Prezident İlham Əliyevin diqqət yetirdiyi əsas məsələlərdən biri də ordudur. 2007-ci ildən etibarən Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsini ötdü. Ordumuzun arsenalına yeni silahlar daxil edildi. Hərbi hissələr müasir texnologiyaya əsaslanan silahlarla təchiz olunmağa başladı.Ümumiyyətlə, son 16 il bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da möhtəşəm uğurlarla əlamətdardır. Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadiyyatına və modern ordusuna sahibdir. Hazırda dünya hərb sənayesinin ən son yenilikləri olan silah-sursat Azərbaycan Ordusunun arsenalında yer alır. İki həftə əvvəl dövlət başçısının baxış keçirdiyi “Polonez” və “Lora” əməliyyat-taktiki raket kompleksləri dünyada cəmi bir neçə orduda var. Son vaxtlara qədər “İsgəndər”lə öyünən ermənilər indi dərin təlaş keçirirlər. Ali Baş Komandan, Prezident İlham Əliyev Silahlı Qüvvələrdə irimiqyaslı köklü islahatların keçirilməsi, ordunun ən müasir, yüksək dəqiqlikli və böyük dağıdıcı gücə malik olan silah və hərbi texnika ilə təchizatı vəzifəsini qarşıya qoyub. Bu vəzifənin icra edilməsi çərçivəsində cəmi 3-4 il ərzində ordunun zirehli döyüş texnikası parkı böyük ölçüdə yenilənib. Azərbaycan Ordusunun raket-artilleriya qoşunlarının silahlanmasında yer alan artilleriya qurğuları, reaktiv artilleriya sistemləri o qədər çoxsaylıdır ki, onlardan eyni vaxtda bir yaylım atəşi açılsa, düşmənin bütün mövqeləri darmadağın olardı.Qeyd etmək olar ki, ordunun mühüm şərtlərindən biri Ali Baş Komandanın özünün Silahlı Qüvvələrə bağlı olması, hərbi işi dərindən bilməyi və daim ordunun problemləri ilə yaşayıb, onları uğurla həll etməyi bacarmasıdır. Bu sahədə də Azərbaycan Ordusunun bəxti gətirib. Cənab İlham Əliyev sistemli şəkildə təmas xəttində, səngərlərdə olur, əsgərlərlə görüşür, onları təltif edir, durumları ilə maraqlanır, onlarla birgə əsgər yeməyi yeyir. Bunlar həm orduda böyük ruh yüksəkliyi doğurur, həm də onun daxilində olan məsələləri öyrənib problemlərin dərhal həll olunmasına şərait yaradır. Bütövlükdə ordu-rəhbər birliyi, ordu-xalq vəhdəti özünün yüksək səviyyədə həllini tapmışdır!Bu vəhdətin təsdiqini biz 3 il əvvəl aprel döyüşlərində gördük. Həmin vaxt həyata keçirilən hərbi əməliyyatlar Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi. Gördük ki, bu ordu çox qısa müddətdə qarşısına qoyulan vəzifələri yüksək səviyyədə həyata keçirmək iqtidarındadır. Ermənilər uzun müddət kimlərinsə sayəsində “keçilməz sədd”, “aşılmaz maneələr”, “dəfedilməz səngərlər” yaratmışdı. Amma Lələtəpə və Talış əməliyyatları göstərdi ki, bütün bunlar mifdir, Azərbaycan əsgəri üçün asan hədəfdir. Həm də o əməliyyatlarda bizim malik olduğumuz silah-sursatın cüzi qismi işlədildi. Uğurlu əməliyyat nəticəsində Azərbaycan xalqının orduya olan məhəbbəti, inamı qat-qat artdı! Həmçinin, Aprel döyüşləri başlayanda yüzlərlə Azərbaycan gənci hərbi xidmətə çağırış vərəqəsini gözləmədən döyüşmək istəyi ilə səfərbərlik orqanlarına müraciət etdilər. Əməliyyat gedən əraziyə bu gəncləri buraxmamaq üçün bir sədd yaratmışdılar. Ermənistan tərəfdə isə Azərbaycan əsgərindən, Azərbaycan silahından qorxub qaçan erməni əsgərlərini saxlamaq üçün sədd çəkmişdilər, hətta onları geriyə qaytarmaq üçün güllə ilə vururdular da... Bərkə düşən kimi erməni hərbçiləri qaçmağa başlayırlar. Çünki bilirlər ki, Qarabağ onların deyil və bu ərazidə müvəqqətidirlər!Azərbaycanın Ermənistana tərs şapalağı olan aprel müharibəsi həm Dağlıq Qarabağ münaqişəsində indiyədək yaranmış vəziyyəti ərazi baxımından qismən dəyişdi, həm qüvvələr nisbətində baş vermiş ciddi dəyişiklikləri nümayiş etdirdi, həm də çox ciddi psixoloji dönüşə səbəb oldu. Cəmi dörd gün çəkən aprel müharibəsi göstərdi ki, Azərbaycan iqtisadi, siyasi, mənəvi-psixoloji və hərbi cəhətdən düşməndən qat-qat güclü və üstün mövqedədir!Prezident İlham Əliyevin hər bir addımı atmazdan öncə onun nəticələrini və həmin nəticələrdən yaranacaq istənilən situasiyanı aradan qaldırmağın üsul və vasitələrini irəlicədən hesablaması hamıya bəllidir. Budur, Ali Baş Komandanımız əlverişli məqam taparaq bu dəfə Ermənistanın yeni rəhbərliyinin hoqqalarına və oyunbazlığına cavab kimi düşmənə ikinci zərbəsini vurdu. Özü də bu zərbənin səsi Qarabağdan yox, Naxçıvandan gəldi! Bu dəfə azad olunan vətən torpağının adı isə Günnüt kəndidir. Nə az, nə çox - 11 min hektar torpaq sahəsi yenidən qəhrəman Azərbaycan Ordusunun nəzarətinə keçdi. 26 ildən sonra çox mühüm strateji nöqtələr – Xunut dağı və Ağbulaq yüksəkliyi, Qızılqaya və Mehridağ geri qaytarıldı. Üstəlik, Ermənistandan Dağlıq Qarabağa aparan Gorus-Laçın-Xankəndi yolu da hərbçilərimiz tərəfindən nəzarətə götürüldü. Bu isə o deməkdir ki, əgər Ermənistan Azərbaycanda hərbi əməliyyatlara yenidən başlasa, düşmən ordusu mühasirə vəziyyətinə düşəcək. Amma hələ bu da son deyil. Azərbaycan üçün başlanan Böyük Qayıdışın davamıdır. Başlanğıcını Cocuq Mərcanlıdan götürən qayıdışın...

Fərrux Hqverdiyev,
YAP Xızı rayon təşkilatının sədri

Digər xəbərlər