YAP Suraxanı rayon təşkilatının fəalları aztəminatlı ailələrə maddi və mənəvi yardım göstərmişlər

Yeni Azərbaycan Partiyasının “Aztəminatlı ailələrə” qayğı adı ilə start verdiyi sosial layihə çərçivəsində Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyi rayon ərazisində yaşayan aztəminatlı ailələrə maddi və mənəvi yardım göstərmişlər. Sosial layihə çərçivəsində gənclər rayonun müxtəlif qəsəbələrində yaşayan aztəminatlı ailələri müəyyən etmiş və onların evlərinə könüllü olaraq topladıqları maliyyə hesabına yardım göstərmişlər. Aksiya zamanı Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının fəal gəncləri evlərdə olmuş, ailələrlə yaxından ünsiyyət qurmuş və onların problemləri ilə yaxından tanış olmuşlar.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı ənənəvi olaraq bu cür aksiyaları müxtəlif əlamətdar günlərdə rayon sakinləri, yataq xəstələri olan partiya üzvləri və Yeni Günəşli qəsəbəsində yerləşən “2 saylı uşaq evi”ndə həyata keçirir. Görüşlər zamanı bu məqam xüsusi vurğulanmış və gənclər bu günə qədər həyata keçirilmiş bu qisim humanist addımlardan ilhamlanıb, düzgün nəticə çıxararaq söz vermişlər ki, belə xeyriyyə aksiyalarını müntəzəm davam etdiriləcəklər. Aksiya zamanı ailələrdə olan bəzi uşaqlar nəzarətə götürülmüş, daha sonra rayon partiya təşkilatına dəvət olunmuş, onların tədris və asudə vaxtının səmərəli keçirilməsi üçün fikir mübadiləsi aparılmışdır. Nəticədə qərara alınmışdır ki, seçilmiş bəzi uşaq və yeniyetmələr YAP Suraxanı rayon təşkilatının hesabına müxtəlif kurs və dərnəklərə cəlb olunsunlar.
Ailələr də, öz növbəsində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Heydər oğlu Əliyevə və aksiyada könüllü olaraq iştirak edən gənclərə bu nəcib, humanist, insanpərvər addımları üçün öz minnətdarlıqlarını bildirmişlər.

yap.org.az