Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir

“Qitənin idman həyatı üçün ən əlamətdar hadisələrdən biri XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir. Bu cür beynəlxalq oyunların ölkəmizdə keçirilməsi Avropa ölkələrinin Azərbaycana olan inam və etibarıdır. Bu tədbirdə 48 ölkənin 3600-dən çox gənclərin iştirakı gözlənilir”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, Azərbaycanda belə mötəbər tədbirlərin yüksək səviyyədə keçirilməsi təmin olunur.
“Son illər “Bakı-2015” I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları ölkəmizin möhtəşəm idman arenalarında keçirilməsi zamanı xarici ölkələrin mütəxəssisləri heyranlıqlarını gizlədə bilmədilər. Onlar bu barədə müxtəlif KİV-də çıxış etmişlər, Bakı təcrübəsindən yararlanacaqlarını bildirmişlər. Avropa Gənclər Olimpiya Festivalında gənclərimiz fəal iştirak etməklə ölkəmizin himnini oxudacaq, bayrağımızı ucaldacaqlar. Bu yarışların ölkəmizdə keçirilməsi ölkəmiz üçün böyük naliyyətdir. Avropa ölkə idmançıları ölkəmizi Avropada təbliğatçısına çevriləcək, yeni münasibətlər yaranacaq, yenidən öz dostları ilə Azərbaycana gəlmələrinə səy göstərəcəklər”-deyə, deputat qeyd edib.

sia.az.