Siyasət

  • 3 529

"Vaxtilə vəzifədə olmuş şəxslər bu gün də çox ləyaqətlə dövlətçiliyimizi, iqtidarımızı, partiyamızı təmsil və müdafiə edirlər" ÖZƏL-AÇIQLAMA

image

“İlk növbədə qeyd etmək istərdim ki, mən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun və Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədovun sosial şəbəkələrdəki şərhlərini, açıqlamalarını diqqətlə oxudum, tanış oldum və çox bəyəndim. Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzovun fikirlərindən sonra mən də “Yeni Müsavat”a öz fikirlərimi bildirmişəm. Ancaq mənim fikirlərimdə bu o demək deyil ki, nə qədər keçmiş sabiq nazirlər və yaxud vəzifədə olmuş adamlar, məmurlar varsa bunların hamısı dönük çıxıb, cinayətkar olub və s. Mən qətiyyən bu cür fikirdə deyiləm". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.Millət vəkili bildirib ki, əgər kimsə müəyyən bir cinayət əməlləri ilə məşğul olubsa, onun haqqında müvafiq qurumlar araşdırmalar aparıblar, istintaq olub və onlar lazımi cəzalarına çatıblar: "Ancaq bunları hamıya aid etmək olmaz. Bu insan iqtidarın dövründə işləyib və yəqinki səhhətinə, yaşına və yaxud da işdə buraxdığı müəyyən nöqsanlara görə işindən azad olunubdur. Lakin bu o demək deyil ki, həmin insan işdən azad olunubsa o iqtidarın düşmənidir və yaxud da dönük çıxıb və s. Belə fikirləri səsləndirmək hesab edirəm ki, düzgün deyil və bu cəmiyyətdə anlaşılmazlığa, müəyyən qeyri stabilliyə gətirib çıxara bilər. Düşünürəm ki, bu insanlar arasında çox dəyərli, ləyaqətli adamlar var ki, onlar bu gün də iqtidar komandasında, YAP-ın idarəetmə orqanlarında, İdarə Heyətində, Siyasi Şurasında təmsil olunurlar. Onlar çox ləyaqətlə və yüksək səviyyədə dövlətimizi, dövlətçiliyimizi, iqtidarımızı, partiyamızı təmsil edirlər və müdafiə edirlər. Fikirləşirəm və düşünürəm ki, bu məsələdə çox hörmətli Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun və Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədovun açıqlamaları, mövqeləri çox diqqətəlayiqdir və dəyərlidir. Mən onların fikirləri ilə tamamilə razıyam”.Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının bəzi deputatları keçmiş nazirlərin ünvanına sərt ittihamlar səsləndirib, onları vaxtilə dövlətin milyardlarını talamaqda, hazırda isə mövqesizlik nümayiş etdirməkdə, lazımi məqamda "qeybə” çəkilməkdə və xaricdəki mühacirləri maliyyələşdirməkdə günahlandırıb.

sia.az

Digər xəbərlər