Siyasət

  • 4 208

Beynəlxalq təşkilatlar Ermənistana öz etirazlarını bildirməli idilər ÖZƏL-MÜNASİBƏT

image

“Ermənistan vaxtaşırı işğal etdiyi ərazidə seçki adlı bir tamaşa qurub oradakı işğalçı rejiminə bir hüquqi don geyindirməyə çalışır. Sonunçu seçki də bunların növbəti tamaşasıdır”. Bunu, SİA -ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin sədr müavini, millət vəkili Aydın Mirzəzadə deyib.A.Mirzəzadə qeyd edib ki, Azərbaycan bu məsələdə artıq öz qəti etirazını bildirib və hər zaman Ermənistanın işğalçılıq siyasətinin yolverilməzliyini dünya ictimaiyyətinin diqqətinə çatdırır: “Bir tərəfdən biz beynəlxalq təşkilatların, dünya dövlətlərinin, ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin, Rusiyanın, ABŞ-ın, Fransanın Azərbaycanın ərazi bütövlüyünün dəstəkləməsi mövqeyini görürük. Amma digər tərəfdən də çox istərdik ki, belə məsələlərdə onlar operativlik göstərsinlər. Belə məsələlərdə seçkiöncəsi, daha doğrusu seçki tamaşası öncəsi Ermənistana öz etirazlarını gərək bildirərdilər. Ermənistanın paytaxtına səfər edərkən Ermənistanın rəhbərliyini belə provokasiyalardan çəkindirməyə çalışardılar. Təəssüf ki, bu cür yanaşma var. Əlbəttə ki, bir neçə gün keçəndən sonra onlar bu seçkiləri tanımadıqlarını elan edəcəklər. Amma, sadəcə bir diplomatik bəyanat vermək azdır. Həmin dövlətlərin üçü də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Onların çox böyük siyasi çəkisi var dünya siyasətində. Ona görə də onların vaxtında kəsərli şəkildə öz sözlərini deməsi çox vacibdir. Bu təkcə Azərbaycanın problemi deyil. Bu beynəlxalq hüququn müəyyən dövlətlər tərəfindən həyasızcasına tanınmamasıdır. Ermənistan özünü ATƏT-in Minsk qrupu həmsədrlərinin hər üçünün yaxın dostu hesab edir. Belə olan halda hər üç dövlət Ermənistana ciddi siyasi təsir edə bilər”.

sia.az

Digər xəbərlər