Siyasət

  • 3 037

"Müxalifət baş bilənləri ancaq öz şəxsi maraqlarından çıxış edib" ÖZƏL-MÜNASİBƏT

image

"Bu artıq bir faktdır ki, son 25 ildə müxalifət baş bilənləri ancaq öz şəxsi maraqlarından çıxış edib və siyasi məkanda yalnız öz maraqlarının təmin olunması baxımından fəaliyyətini qurub. Ona görə də, adlarını müxalifət qoyan bu qaragüruhçular ölkəmizdə ictimai siyasi proseslərdə uğur qazana bilməyiblər, ictimai dəstəkdən məhrum olunublar". Bunu SİA-ya “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib.Onun sözlərinə görə, xarici məkrli qüvvələrin sifarişlərini yerinə yetirməklə ölkədəki mövcud ictimai-siyasi sabitliyi pozmağa can atan Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı və digər qaraguruhçular hər dəfə ayrı-ayrı dövlətlərdə xoşagəlməz hadisələr baş verəndə özlərinin varlığını sübut etmək üçün fəallaşır, diqqət mərkəzinə çevrilməyə çalışırlar. Hər zaman olduğu kimi, yenə də müxalifət düşərgəsində təmsil olunan şəxslər reallığı özündə əks etdirməyən xəyallarla yaşayaraq ümid edirlər ki, nə vaxtısa onlar da nəyə isə nail ola biləcəklər. Yəni müxalifətin keçirmək istədiyi mitinqlərin heç bir nəticəsi olmayacaqdır. Çünki bu arzularının həyata keçməsi mümkün deyil. Müxalif baş bilənləri xalqın inamını itirmiş yalançılardır. Bu baxımdan müxalifət hansısa uğurlu mitinq keçirə bilməz.

sia.az

Digər xəbərlər