Siyasət

  • 2 657

"Yenə eyni söz, yenə eyni şüar..." ÖZƏL-MÜNASİBƏT

image

"Müxalifərin radikal qanadı 28 sentyabra mitinq keçirəcəyini elan edib. Edib, edib – neçə mitinq keçiriblər, bu da olsun, onlardan biri. – Hələ mitinq baş tutacaq, baş tutmayacaq, baş tutsa iştirakçı sayı necə olacaq? – bunlar qalsın bir tərəfdə; ancaq hələ mitinq çağırışının özü ilə bağlı xeyli suallar yaranır, bir xeyli də təsbitlər çıxır ortaya". Bu fikirləri SİA-ya açıqlamasında Milli QHT Forumunun (MQF) İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.

1) Mitinqi yay bitər-bitməz, ali məktəblərdə dərslər başlar-başlamaz çağırdılar. – Bu, o demək deyilmi ki, xalqı öz ideyaları, ideologiyaları ilə inandırmağa gücsüzlüklərinin fərqindədirlər; belə çıxmırmı ki, üzvlərinə, tərəfdarlarına deyil, kompakt tələbə qrup-larına (məsələn, şəhər həyatına yeni uyğunlaşacaq cavanlara, bəlkə bir xeyli də, nəyin nə, kimin kim olduğundan bilgisizlərə) ümid edirlər..?
2) Mitinqi Milli Şura deyilən qeyri-rəsmi qurum çağırıb; bu qurum ta elan edildiyi gün-dən, adı mediada daha çox, başqa ölkənin projesi kimi keçməkdədir; digər yandan, qurumu xeyli tanınmış insan çoooxdan tərk edib; bir də bəzi “keçmiş”lər var.
3) Mitinqdə yeni bir şüar varmı? – Fikir verin, neçə vətəndaş azadlığa buraxılıb, neçə vətəndaş amnistiya və əfv etmə ilə doğmalarına qovuşub və s. Maaşlar nə qədər artırılıb; bu yaxınlarda ölkənin ictimai-siyasi spektrini təmsil edən qurum və quruluşların başçılarının iştirakı ilə dialoq təşkil edilib; yüksək vəzifəli rəsmi şəxslər ən müxtəlif platformalarda əməli fəaliyyət sahələri üzrə vətəndaşı maraqlandıran suallara dair açıqlamlar verib, izahat işi aparılıb; amma yenə eyni söz, yenə eyni şüar... – Yəni, “siz nə havası çalırsız, çalın, biz öz havamıza oynayacağıq”...
4) Okeanın o tayındakı ruporları göz görə-görə yalanlar yaymaqdadır, buna baxmayaraq, rəsmi şəxsləri yalanlarda suçlayırlar; konkret olaraq, “Osmanqızı” internet kanalında (bu kanalın daimi qonağı Əli Kərimli ilə növbəti (“köhnə-yeni”) söhbətdə) deputat Elşən Musayevin yazısını Azərbaycan Prezidentinin köməkçisi Əli Həsə¬novun yazısıdır deyib, “şərh” edirdilər. Başqa bir söhbətlərində deyirdilər ki, Prezidentin köməkçisi guya birinci sinifə gedən balacaları nəzərdə tutaraq, torpaqlarımızın azad olunmasını onlardan gözlədiyini yazıb. Aman, Tanrım! – Hər şey bir yana, Əli müəllimin yeni dərs ili ilə bağlı təbriki mediada, sosial mediada bugün də qalmaqdadır, belə ucuz “siyasi-şou”nun sabun köpüyündən də bekara bir şey olduğunu həncəri idrak eləməzlər?! – O təbrik mətnini mən də paylaşmışam, söhbətin nədən getdiyi açıq-aydındır. Bəyəm, ŞAGİRD sözü ancaq birinci siniflərə aiddir? Bəyəm, professor-doktor Həsənovun öz təbrikini orta məktəbin birinci sinfindən tutmuş ali məktəbin birinci kursunadək bütün şagird və tələbələrə ünvanladığını o-xu-maq və başa düşmək xüsusi istedadmı tələb edir? Məsələn, 11-ci sinif şagirdi gələn il hərbi çağırışçıdır, onların hərbçi kimi Vətənin azadlığı uğrunda döyüşmək şansı qeyri-gerçəkdirmi? Müxalifət təmsilçisi hakimiyyət təmsilçisini nədə suçlayır?! Adam deyir ki, professor Həsənov Vətən torpaqlarının azadlığına inanmır, hələ birinci sinfə gedənlərin –gələcək nəsillərin çiyninə yükləyir və guya bu Prezident köməkçisinin şüuruna hopub... – Öz yalan-yanlıncını sırımaqçün belə “əsas¬landırma” ilə hara varmaq olar?..Ayrıca, “uşaq pulu vermirlər amma sabah-birisigün məktəblilərin qolundan tutub deyəcəklər ki, gəlin orduya” deyir bu müxalif partiya başçısı. – Fikir verin, elə bil, uuzzzun illər öncənin (özünün dövlət katibi olduğu dövrün) məlum “oblava”larından danışır; ta demir ki, indi orduya “qolundan tutub” aparmırlar, kamali-ədəblə həll olunur bu işlər – çağırışçı neçə gün öncədən sms-lə bilir ki, hansı hərbi hissəyə düşüb və s. (Uşaq pulu mövusunasa rəsmi şəxslər müvafiq açıqlamalar verib zatən.) Yaxud, digər bir sıra hərbi məsələlərlə bağlı Müdafiə nazirinin daha bugünlərdə geniş ( -nazirin öz sözləri ilə desək, tam məsuliyyətlə) açıqlama verməsinə baxmayaraq, yenə hansısa şübhə toxumu səpmək cəhdində bulunurlar, bulunurlar...Bəs belə də, şinimək olar?)
5) Mitinq çağıran (yenə “Osmanqızı” kanalında) deyir ki, “mən bütün həqiqətləri sizə de-məmiş ola bilərəm amma heç yalan demərəm”. – Bəli, həqiqəti deyə bilməzsiniz bəlkə, amma yalanı deyirsiz. Sonra, deyir ki, “bizimlə debata kim çıxar”-filan... A, sağolmuş, heçç uzağa getməyəsiz, heç! –Elə bayaq yazısını Əli müəllimin adına çıxdığınız, aranızda da xeyli yaş fərqi olan Elşən Musayev dəfələrlə deməyibmi, “debata gəlin! debata”..? Gələydiz də. A, sağolmuş, deputat Musayevə, Əməkdar jurnalist Azər Həsrətə, jurnalist Taleh Şahsuvarlıya, politoloq Elçin Mirzəbəyliyə... cavab verə bilmirsiz. Siyahını daha nə qədər uzadaq? Uzağa getməyək, bir öncəki Prezident seçkilərində Milli Şuranızın başçısının (yaşca övladı yaşında olan) namizd həmkarı Zahid Oruca cavab verə bilmədiyini nə çabuk unutduz? – Hələ bir baxın, bu siyahıda hələ dövlət rəsmilərinin, iqtidar partiyası təmsilçilərinin adını çəkmədim, yalnız ictimai-siyasi mühitin qidalanmasında iştirak edən bir neçə ziyalının adını çəkdim.
6)... 7)... 17)... Belə baxanda, sıralamanı artırmağın da fövqəladə bir önəmi yoxdur bəlkə. Yazırıq ki, bəlkə nə vaxtsa, yalan-yanlışlardan islah olunasız. – Bu elə, gah sevdiyiniz, gah sevmədiyiniz islahat mövzusu ilə də səsləşmiş olardı...".

sia.az

Digər xəbərlər