Siyasət

  • 3 279

"Paşinyan hakimiyyətə gələndən sonra sülh prosesinə xələl gətirdi" ÖZƏL-MÜNASİBƏT

image

"Almaniya parlamentinin deputatı Helin Evrim Sommer Paşinyanla bağlı twit atıb: "Paşinyanın Qarabağ -Ermənistandır bəyanatı sülh prosesinə əngəl törədir. Madrid prinsiplərinə əsasən Qarabağın statusu sonuncu mərhələdə müəyyənləşməlidir". Deputat illərdir ki, Bakının dediyini deyir". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.Onun sözlərinə görə, bu yaxınlarda ATƏT in Minsk qrupunun həmsədrlərinin bəyanatında da danışıqlar masasında Madrid prinsiplərinin olduğu açıq şəkildə qeyd olunurdu: "Ermənistan vaxti ilə Madrid prinsipləri ilə razılaşmalı olub. Bu həll yoluna əsasən münaqişə mərhələli şəkildə həllini tapmalıdır. İlk mərhələdə, işğal altındakı 5 rayon Azərbaycana qaytarılır. Sonrakı mərhələlərdə 2 rayonlanun qaytarılması məsələsinə baxılır, məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Kommunikasiya xəttləri açılır. Sonda isə, Dağlıq Qarabağın statusuna aydınlıq gətirilir.Paşinyan hakimiyyətə gələndən sonra masa üzərində olan bütün razılaşmaları alt -üst edərək sülh prosesinə xələl gətirdi. Dünya bilməlidir ki, Paşinyanın danışıqlar masasındakı razılaşmaları pozması, onun Qarabağ - Ermənistandır və nöqtə bəyanatları regionda sülh və hümanizm dəyərlərinə zərbə vurur. Belə olan təqdirdə, rəsmi Bakı beynəlxalq hüquqa uyğun olaraq, beynəlxalq təşkilatların münaqişəyə dair qərar və qətnamələri əsasında BMT tərəfindən tanınan 86.6 min kv km lik ərazisinin işğal altındakı hissəsini erməni silahlılarından təmizləyə bilər".

sia.az

Digər xəbərlər