“Azərbaycan gəncliyi rəqabətə davamlı gənclik kimi yetişir” MÖVQE

“Dövlət gənclər proqramının icrası ilə bağlı Gənclər və İdman Nazirliyinin 1500-dən artıq tədbir keçirməsi sevindirici haldır. Hər il artan bu statistik göstəricilər bilavasitə gənclərin Azərbaycana, Azərbaycançılıq ruhuna, vətənpərvərlik ideyasına, hərbi vətənpərvərliyə dəstək verdiyinin sübutudur”. Bunu 2017-2021-ci il Azərbaycan gənclik proqramının icrasının ikinci ilinin tamamlanması ilə bağlı keçirilən tədbir çərçivəsində SİA-ya açıqlamasında İrəli İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.Təşkilat sədri bildirib ki, bu gün aparılan sosial sorğunun nəticələri ondan ibarətdir ki, Prezidentimizin də qeyd etdiyi kimi Azərbaycan gəncliyi nəyinki ölkəmizdə, hətta ölkəmizin hüdudlarından kənarda da beynəlxalq rəqabətə davamlı gənclik kimi yetişir: “Sevindirici hal budur ki, gənclər proqramının icrasında qarşıya qoyulan bütün məqsədlərə çatılıb. Bu da Əlaqələndirmə Şurasında yer alan gənclər təşkilatlarını, dövlət qurumlarını və bunların icrasında yaxından məşğul olan şəxslərin çox böyük rolu və əməyi var. Hesab edirəm ki, 2017-2021-ci il gənclər dövlət proqramında gənclərlə bağlı inkişaf konsepsiyasının olması, beynəlxalq rəqabətə davamlı olacaq gəncliyin yetişməsi, Azərbaycanı daha da fərqli yerlərə, fərqli uğurlara gətirib çıxaracaq”.

sia.az