Siyasət

  • 3 491

Tbilisidə GUAM çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub

image

Tbilisidə səfərdə olan GUAM təşkilatının baş katibi Altay Əfəndiyev Gürcüstanın Xarici İşlər nazirinin birinci müavini, GUAM üzrə milli əlaqələndirici Vaxtanq Maxaroblişvili ilə görüşüb. SİA xəbər verir ki, görüşdə GUAM çərçivəsində siyasi, iqtisadi və parlamentlərarası əməkdaşlıq da daxil olmaqla təşkilatın gündəliyində olan əsas məsələlər müzakirə olunub.Təşkilatın nəqliyyat və iqtisadi–ticarət potensialının artırılması məqsədilə hazırlanan layihə və təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib.Görüşdə, həmçinin Ukraynanın 2019-cu ildə GUAM-a sədrliyi dövründə planlaşdırılan tədbirlər də nəzərdən keçirilib.

sia.az

Digər xəbərlər