Siyasət

  • 3 339

"Bizim siyasətimizin əsasında insanların sosial rifahı dayanır" ÖZƏL-MÜNASİBƏT

image

“Doing Business” hesabatında biz biznes mühitinə görə dünya miqyasında 25-ci yerdəyik. Son hesabatda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alıb. Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə də ölkə başçısı bildirdi ki, bu həqiqətən də reallıqdır və ölkədə aparılan düzgün sosial-iqtisadi siyasətin nəticəsidir". Bunu SİA-ya millət vəkili Tahir Rzayev deyib.Onun sözlərinə görə, iqtisadi müşavirədə cənab Prezident xatırlatdı ki, bu çox yaxşı haldır və əlbəttə ki, bu islahatların alternativi yoxdur: "Təbii ki, bundan sonra da həmin islahatlar həyata keçirilməlidir. Bu gün nəinki bir sahədə, ümumiyyətlə bütün sahələrdə Azərbaycanda islahatlar (iqtisadi, sosial, mədəni və s.) həyata keçirilir. Heç şübhəsiz ki, bu islahatlar da uğurla, düşünülmüş bir şəkildə öz əksini beynəlxalq təşkilatların mülahizələrində, analizlərində özünü göstərir. Ölkə başçısı iqtisadi müşavirədə xatırlatdı ki, “Mən Prezident seçilərkən andiçmə mərasimində vəd verdim ki, sosial məsələlər insanların həyatının yaxşılaşması ilə əlaqədar proqram layihələr həyata keçiriləcək. Mənim çıxışım proqramxarakterli idi. Artıq bundan sonra da həmin tədbirlərin həyata keçirilməsinə başlanılıb”.Çox yaxşıdır ki, bu tədbirlərin həyata keçirilməsi nəticəsində ölkədə artıq yüksək inkişafa nail olunub. Əməkhaqları, müavinətlər, təqaüdlər artırılıb, işsizlik azaldılıb, ildən-ilə insanların həyat şəraiti daha da yaxşılaşdırılıb. Cənab Prezident dedi ki, bundan sonra da sosial sahədə islahatlar mütləq həyata keçirilməlidir. Çünki bizim siyasətimizin əsasında insanların sosial rifah halı dayanır. Sosial müdafiə sahəsində ölkə Prezidenti göstərdi ki, dünya miqyasında biz nümunəvi olan bir ölkəyə çevrilmişik. Çünki artıq özünəməşğulluq proqramları həyata keçirilir, ölkədə ünvanlı sosial yardım alanların sayı artıb və s".

sia.az

Digər xəbərlər