Siyasət

  • 4 507

"Qarabağ Azərbaycandır və NİDA" UNEC-də TƏDBİR

image

Bu gün Dövlət İqtisad Universitetində (UNEC) Qarabağ icması, Səs Media Qrup, Müdafiə Nazirliyinin, universitetin birgə təşkilatçılığı ilə "Qarabağ Azərbaycandır və NİDA" adlı kütləvi vətənpərvərlik tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ictimai siyasi xadimlər, millət vəkilləri, media təmsilçiləri və tələbələr iştirak ediblər.Tədbirdə Ümümmilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Prezident İlham Əliyevin oktyabrın 3-də Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında çıxışından fraqmentlərdən ibarət SƏS TV-nin hazırladığı video-çarx nümayiş olunub.Tədbiri giriş sözü ilə açan UNEC-in rektoru Ədalət Muradov söyləyib ki, bu gün Azərbaycanda elə bir vətəndaş tapılmaz ki, torpaqlarımızın işğaldan azad olunmasını istəməsin. Onun sözlərinə görə, hər bir vətəndaş Ali Baş Komandanın əmrini gözləyir: "Qarabağ hamımızındır. Qarabağı azad etməyə məhkumuk. UNEC-in 20 minlik kollektivi bu məqsədə xidmət edir. Bu gün hər kəs, eləcə də UNEC-in kollektivi Ali Baş Komandanın ətrafında sıx birləşərək, milli birlik nümayiş etdirir".Oktyabrın 3-də Prezident İlham Əliyevin Şoçi-də "Valday" Beynəlxalq Diskussiya Klubunun tədbirində etdiyi çıxışına toxunan rektor söyləyib ki, ölkə başçısı Ermənistanın baş naziri Nikol Paşinyana cavab olaraq "Qarabağ Azərbaycandır və Nida" deyərək qəti fikir ortaya qoydu: "Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dövlətimizin dəyişməz mövqeyini bir daha nümayiş etdirdi. Bu fikir hamımızın ürəyincə olmaqla yanaşı, bu ideyaya yeni nəfəs verdi. Hər kəs bir daha əmin oldu ki, tezliklə Dağlıq Qarabağa qayıdacağıq".Ə.Muradov vurğulayıb ki, Prezident İlham Əliyevin bu çağırışı milli ideya statusuna, millu şüara çevrilib: "Ürəyində Vətən sevgisi olan hər bir azərbaycanlı Ali Baş Komandanın ətrafında birləşərək bu hərəkata dəstək olmalıdır. Bu artıq bizim fəaliyyət istiqamətimizə çevrilib".Milli Məclisin sədr müavini Bahar Muradova çıxışında tədbirin təşkilatçılarına minnətdarlıq edib. O söyləyib ki, son günlər Azərbaycanda milli ideya şüara çevrilən ifadə ilə bağlı mühüm tədbirlər həyata keçirilir: "Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, hazırda işğala görə Azərbaycanın digər ərazilərində yaşamağa məcbur olanları öz yurdlarına qayıtmasına nail olmalıyıq. Bu amala çatmaq üçün hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründən addımlar atılır və bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ötən illər ərzində Azərbaycan iqtisadi, hərbi və digər sahələrdə gücünü artırıb, atılan addımlar Azərbaycanın bu ideyadan heç zaman çəkilməyəcəyinə aparan yoldan ibarət olub".B.Muradova qeyd edib ki, bu gün bütün dünya anlayır ki, Qarabağ heç zaman Ermənistanın və ya müstəqil ola bilməz: "Qarabağ Azərbaycanındır və ərazi bütövlüyümüzdür. 2016-cı ildə aprelində əldə olunan qələbələr ordumuzun güclü olduğunu sübut edərək, Ermənistanın ordusu ilə bağlı mifi puç etdi. Bu gün də bu proses davam edir. Bu qələbənin üzərinə Prezident İlham Əliyev növbəti qələbəni əlavə etdi. Ölkə başçısı Soçidə " Qarabağ Azərbaycandır və Nida" ifadəsi ilə bütün dünyaya bir daha mövqeyini açıq şəkildə ifadə etdi. Hər kəs bu NİDA-nın arxasında NİDA olmalı, öz fəaliyyəti ilə ordumuzda dəstək verib, dövlətimizi qorumalıdır. "Qarabağ Azərbaycandır və Nida" şüarını hər kəs səsləndirməlidir".Daha sonra Səs Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru, KİVDF-nin Müşahidə Şurasının üzvü Bəhruz Quliyev çıxış edərək vurğulayıb ki, bugünkü həmrəylik Azərbaycan Prezidentinin "Qarabağ Azərbaycandır və Nida" ifadəsinin təntənəsidir. O bildirib ki, dövlət başçısı İlham Əliyev Soçidə "Valday" Diskussiya Klubunun tədbirində Ermənistanın baş naziri Nikol Paşinyanın anormal və daxili auditoriyaya hesablanan fikirlərinə qarşılıq olaraq NİDA işarəsi qoydu: "Bu, Azərbaycanın diplomatik qələbəsinin, iqtisadi inkişafının, xalqının öz liderinə sevgisinin NİDA-sı idi. Bu, Ali Baş Komandanın öz xalqına, ordusuna əminliyinin NİDA-sı idi".Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev isə söyləyib ki, bu gün Azərbaycan xalqı tezliklə öz torpaqlarına qayıdacağına əmindir.Tədbir hərbi vətənpərvərlik mövzusunda müxtəlif kompozisiyalar, mahnıların səsləndirilməsi ilə davam edib.

sia.az

Digər xəbərlər