"“Milli Şura” elə əbədi sussa yaxşıdır" ÖZƏL-MÜNASİBƏT

"Müxalifətimizin radikal kəsiminin 2 noyabra paytaxt Bakının mərkəzinə təyin etdiyi razılaşdırılmamış mitinqdən imtinasının başlıca səbəbi nədir, nədədir? Bu, ilk növbədə özünü “Milli Şura” adlandıran siyasi qurumun legitim olmaması, məlum aksiyanın əhali tərəfindən dəstəklənməməsi ilə bağlı deyilmi? Radikallar öz elektoratlarına arxayın olmadıqları üçün aksiyaları illa da şəhərin qələbəlik yerində (“28 may”da) keçirmək inadı ilə, qıraqdan qatılacaq seyrçilərin (hay-küyə yığışması) hesabına “əzəmətli izdiham” yaratmağa çalışmırdımı?". Bunu SİA-ya QHT rəsmisi Əkbər Qoşalı deyib."Məlum qruplaşmanın başbilənlərindən biri xalqı (əstafürullah) “rejimin eksperiment dovşanı” adlandırır; o biri yandan, həmin qruplaşma özü insanlardan (əstafürullah) “eksperiment dovşanı” kimi qullanımı uyğun görür, toplumda ara qızışdırıcılıq yaymağa çağırmırmı? – Bununla belə, sözügedən siyasi qruplaşma üzvləri əməllərinə görə sorumluluq daşımağa hazırdırmı?Radikalların son günlər sosial mediada apardıqları təbliğat, aksiyaya ardıcıl çağırışlar toplumda hansısa müsbət bir emosiya doğurdumu? – Yoxsa, əksinə, neqativ emosiyalar yayıldı?Bu millətin əsas dərdi-azarı mitinqdirmi? Əlbəttə, yox! Vətəndaşımız Azərbaycan Prezidentinin problemlərə həssas yanaşmalarını, istəklərin, diləklərin qarşılandığını görür, buna görə də hər hansı məsələnin çözümü üçün radikal yanaşmaları qəbul etmir və bu yöndə irəli sürülən təşəbbüsləri dəstəkləmir.Prezident tərəfindən bütün əməli çalışma sahələrində yürüdülən islahatlar, o cümlədən ölkə əhalisinin rəğbətlə qarşıladığı genişmiqyaslı kadr islahatları radikalların çabalarını sıfırlayır. Vətəndaşımız problemlərinin həllini marginalların bir-biri ilə bağlantısı olmayan şüarlarında deyil, mütərəqqi islahatlarda görür. – Hər hansısa bir çatışmazlığı, üzüntüsü olan vətəndaş belə hesablayırsa ki, prezidentin baş¬çılığı ilə yürüdülən inkişaf və tərəqqi xətti ölkədə inqilab xarakterli dəyişikliklərə səbəb olacaq və bu səbəbkarlığı o da sırf öz üzərində hiss edəcək, bax, o vətəndaş mitinqə niyə çıxsın? Vətəndaş belə hesab edirsə ki, yürüdülən siyasət alternativlərin ən yaxşısıdır, onun radikalların mitinqində nə işi var? O, ictimai-siyasi sabitliyin, təh¬lükəsizlik mühitinin, inkişaf tenden¬si¬yasının pozun¬tusuna gətirib çıxaracaq radikal çağırışlara qarşı çıxmaqda haqlıdır ya yox? Vətəndaş özəl¬liklə sosialyönümlü Sərəncamları yüksək dəyərləndirirsə, yürüdülən islahatlar xəttinin perspektivinə inanırsa, Azərbaycan Prezidentinin müəllifi olduğu bütün təşəbbüslərə öz dəstəyini ifadə edirsə, onun mitinq kimi bir dərdi ola bilərmi?Uzun illər gənclərlə işləmiş, o cümlədən Gənclər-İdman Nazirliyində çalışmış, NAYORAda, ayrı-ayrı gənclər təşkilatında rəhbər vəzifə tutmuş bir qardaşınız olaraq, burada özəlliklə, gənclər mövzusuna toxunmaq istərdim.Azərbaycan gəncləri ölkədə gedən inkişaf prosesinin fəal iştirakçılarıdır, onlar toplumun həyatının bütün sahələrində iştirak edir və öz potensiallarını gerçəkləşdirməyə çalışır. Və radikal müxalifət başçıları onların saflığından, gənclik enerjisindən öz məqsədləri üçün istifadə etmək istəyincə, gənclər bunu aydınca dərk edir, ona görə də radikalların siyasi oyunlarına qoşul¬ma¬maq¬da haqlıdırlar.Qaldı ki, iddia edilən “təxribat” hazırlığı barədə nağıllara, bu da, razılaşdırılmamış mitinqə çağıran yaxud mitinq üçün ayrılmış yerdən imtina edən təşkilatçıların uğursuzluğunun daha bir göstəricisi kimi qarşımıza çıxır. Özü də, nağılın “poetexnologiya”sına, “düşüncə”nin diaqonalına fikir verin: öncə “cinsi azlıqlardan ibarət təxribatçılar”, ardınca “islamçı təxribatçılar”, nəhayət, “planlaşdırılmış vətəndaş qarşıdurması” atıldı ortalığa…

“Əsaslandırma”nıza mələməmiş quzu kəssinlər sizin…
Fikir verin, Milli Şura başçısı, keçmiş deputat, prezidentliyə keçmiş namizəd, tarixçi professor Cəmil Həsənlinin Vaşinqtonda biri erməni olmaqla 12 nəfərlik auditoriya qarşısındakı “möhtəşəm mətbuat konfransı”nda belə Qarabağ sözü işlətməzkən, prezidentin Soçidə, Aşqabatda, Bakıda keçirilən beynəlxalq tədbirlərdə (əlbəttə, daha öncələr daha başqa şəhərlərdə, ölkələrdə keçirilən çoxsaylı tədbirlərdə) Qarabağla bağlı təsirli çıxışlarını öz ağıllarınca “təftiş” edir, hansısa düzgün gəlməyən məqamlar axtarırdılar. Ey, gidi dünya, ey..!Əziz oxucu, deyirəm, əgər bu, özünü “Milli Şura” adlandıran qurum, iddia etdiyi kimi, xalqı təmsil edirsə və də məhz milli şurasa, onda, niyə icazəsiz mitinq keçirmək qalsın bir yana, icazəli aksiyadan da imtina etdi? Okeanın o tayındakı (biri erməni olmaqla 12 iştirakçı qarşısında dörd nəfərlik) məlum “mətbuat konfransı”nda Qarabağın “Q”sını belə dilinə gətirməyən və buna görə qardaş Türkiyənin oradakı diplomatının haqlı təhnizinə tuş gələnlər, onların yandaşları, vətəndaşı burdan bura Qaradağa apara bilməzkən, sabah-birisigün Qarabağa necə aparacaq? – Özü də, iddia edirlər ki, çoxsalı tərəfdara malikdirlər…Bəli, özlərini milli maraqların müdafiəçisi kimi qələmə verənlər (onların qızğın yan¬daş¬larının hansı birisə) ABŞ Konqresinin Nümayəndələr Palatasının ermənipərəst qətnaməsini pis¬lədimi? Dağlıq Qarabağdakı qondarma rejimin “yetki”lisinin ABŞ görüşlərinə hansısa təpkiləri oldumu?ABŞ Konqresinin qondarma “erməni soyqırımı”na susan partiya, “Milli Şura” elə əbədi də sussa, öz ayıbına kor olsa yaxşıdır. Bakıda daha bu yaxınlarda keçirilən Türk Şurasına yüksək səviyyədə evsahibliyi etmiş Azərbaycan Prezidenti İlham Əliyevin respublikanı gücləndirdiyi, türksoylu dövlətlər arasında işbirliyini inkişaf etdirdiyi bir zamanda, müxalifət özünü heç nə olmamış kimi aparır. – Ey, “türkçü” müxalifət, ey, “milli şura”, ey, tarixçi professor, nə işdi bu, nə?!. Bu nə biganəlik, nə susqunluq, nə geriçəkilmədir belə? Varmı bu sualların cavabı, varmı?".

sia.az