"Onların istəyi xarici qüvvələrin əli ilə ölkədəki sabitliyi pozmaqdır" ŞƏRH-ÖZƏL

“ABŞ-ın Nümayəndələr Palatası Türkiyəyə qarşı çox ədalətsiz addı atıb. Bu bir daha göztərir ki, onlar Türkiyədən istədiklərini ala bilmədilər”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.O bildirib ki, Türkiyənin inkişafı, sözünü deməsi, öz təhlükəsizliyini təmin etmək üçün atdığı addımlar ABŞ-ın xoşuna gəlmədiyi üçün Nümayəndələr Palatası qisasçı mövqeyi tutaraq “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul etdi.Deputat söyləyib ki, atılan addım təkcə qardaş ölkəyə qarşı deyil, eləcə də Azərbaycana qarşı müəyyən sətraltı təhlükədir: “Belə ki həmin ərəfədə demokratiyadan, ədalətdən danışan ABŞ Azərbaycan ərazilərində 30 ilə yaxındır “fəaliyyət göstərən”, tanınamamış, cinayətkar, separatçı qurumun vəzifəli şəxslərinə, eləcə də bir neçə ünsürlərə qeyri-qanunu viza verərək öz ərazisində görüşlər, dinləmələr keçirdi. Bu, Azərbaycana, ərazi bütövlüyümüzə qarşı təhdid, hörmətsizlik olmaqla yanaşı, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində bir vasitəçi ölkə kimi tərəfsizliyini itirməsi deməkdir”.E. Məmmədov qeyd edib ki, atılan addımlar bir daha göstərir ki, ABŞ tərəfsiz, ədələtli mövqedə deyil, ermənilərin tərəfindədir: “Əgər ABŞ-ın bu addımları “Milli Şura” adlanan qurumun rəhbəri Cəmil Həsənlinin xoşuna gəlirsə, və o ölkəmizə qarşı sanksiyalarla bağlı çağırışlar edirsə, demək onların istəyi xarici qüvvələrin əli ilə ölkədə mövcud olan sabitlik və stabilliyin pozulmasıdır. Əgər belədirsə, bu bizə dövlətçiliyimizə, inkişafımıza təhdid, təhlükədir. Bu gün özünü “Milli Şura” adlanan qurumun rəhbəri sayılan şəxs belə addı atırsa, bundan anti-milli mövqe ola bilməz”.

sia.az