Siyasət

  • 4 203

"Bələdiyyə institutu cəmiyyətimizdə özünəməxsus yer tutub" ÖZƏL-MÜNASİBƏT

image

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son 16 ildə planlı, düşünülmüş və mütəşəkkil formada regional siyasətin həyata keçirilməsi ölkəmizin sosial-iqtisadi inkişafını əhəmiyyətli dərəcədə sürətləndirib, demokratik proseslərə güclü təkan verib, o cümlədən vətəndaşlarımızın yerli səviyyədə idarəetmədə, həmin səviyyədə qərarların qəbul edilməsi prosesində birbaşa iştirak etməsi üçün əlverişli şərait yaradıb". Bunu SİA-ya millət vəkili Kamran Bayramov deyib.Onun sözlərinə görə, Azərbaycanın yerli özünüidarəetmə orqanları olan bələdiyyələr ölkəmizdə aparılan köklü islahatlar və yaşanan dinamik tərəqqi dövründə özünün inkişaf yolunu keçir, vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edir, onların etibarını qazanmağa və cəmiyyətimizdə özünəməxsus yer tutmağa səy göstərir, fəallıqlarını artırır, öz səlahiyyətləri çərçivəsində konkret işlər görürlər: "Ötən dövr ərzində bir çox bələdiyyə yerli əhəmiyyətli məsələlərin həllində müsbət təcrübə toplayıb, fəaliyyətlərində şəffaflığa, icra orqanları və qeyri-hökumət təşkilatları ilə işgüzar əlaqələrin qurulmasına nail olub, onların cəmiyyətdə rolu artıb.Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın ilk Konstitusiyası digər mühüm əhəmiyyətli məsələlərlə yanaşı bələdiyyələrin yaradılması və statusunu ayrıca olaraq təsbit edib. 1999-cu ildə ilk bələdiyyə seçkiləri keçirilib, ölkəmizdə bələdiyyə institutunun inkişafı istiqamətində ardıcıl tədbirlər görülüb, bu sahədə mühüm qanunvericilik bazası formalaşdırılıb, bələdiyyələrin statusu, qulluğunun təşkili, maliyyəsinin əsasları və digər sahələri əhatə edən çoxsaylı qanunlar qəbul olunaraq onların səmərəli fəaliyyəti üçün dövlət tərəfindən hər cür şərait yaradılıb.Zənnimcə, bələdiyyə institutu cəmiyyətimizdə özünəməxsus yer tutub, bir çox ərazilərdə yerli əhalinin nüfuzunu qazana bilib. Lakin, ölkəmizin sürətli inkişafı, ölkə başçısının təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar bələdiyyələrimizin də fəaliyyətinin bu inkişafa və islahatlara uyğun gücləndirilməsini, əhatə etdikləri ərazilərdə yaşayan vətəndaşların sosial sifariş və tələbatlarının tam ödənilməsini, onlara daha keyfiyyətli xidmətlərinin göstərilməsini və ümumilikdə, vətəndaşlara daha da yaxın olmasını zəruri edir".

sia.az

Digər xəbərlər