"Prezident qəbulda hər kəsə xəbərdarlıq etdi" ÖZƏL-MÜNASİBƏT

"Ötən gün Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul etdi. Ölkə başçısı orada bir çox fikirlər söylədi". Bunu SİA-ya millət vəkili Cavid Osmanov deyib.Deputatın sözlərinə görə, Prezident xüsusən yeni icra başçılarına sahibkarlığının inkişafı ilə bağlı məsələləri diqqətə çatdırdı: "Yeni icra başçılarına tapşırıqlar ondan ibarət oldu ki, ilk növbədə sahibkarlığın inkişaf etməsinə onlara dəstək olsunlar və xüsusilə yeni investisiya qoyuluşlarına nail olsunlar. Beləcə sahibkarlara daha çox yeni iş yerlərinin yaradılması ilə bağlı yeni istehsal və xidmət sahələrinin açılışında dəstək olsunlar. Bu o deməkdir ki, sahibkarlara dəstək olmaqla həmçinin əhalinin məşğulluğunun təmin olunması nail olunur. İstehsal və xidmət sahələri artırıldıqca dövlət büdcəsinə daha çox vəsait daxil olunur. Prezident həmçinin sahibkarlara maneçilik törədən məmurları cəzalandırmaqla bağlı bir daha anons verdi. Hər kəsə xəbərdarlıq etdi ki, sahibkarlara bütün ölkə ərazisində şərait yaradılmalıdır".

sia.az