Siyasət

  • 3 380

Umud Rəhimoğlu: “Sergey Lavrovun erməni təəssübkeşliyindən kifayət qədər xəbərdarıq” RƏY-ÖZƏL

image

"Ermənistan Rusiyanın forpostudur və bütün dünya artıq bunu bu şəkildə qəbul edib". Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu deyib. Onun sözlərinə görə, yəni Ermənistan Rusiyanın əlavəsidir, indiyə qədər də Ermənistan müstəqil siyasət də yetirməyib və yeridə də bilməz: "Bir sözlə, bu gün fakt odur ki, işğalçı ölkə olan Ermənistan Rusiyanın for-postudur. Ermənistanda səfərdə olan Sergey Lavrov vasitəçilik prinsiplərindən zidd olan, status-kvonun saxlanılmasına hesablanan bir bəyanatlar və açıqlamalar ilə çıxış etməsi beynəlxalq hüquq normalarına ziddir. Demək olar ki, Sergey Lavrovun da mənşəyi bəllidir ki, bu insan kimdir və onun bu mesajları da bəyanatları da haradan qaynaqlanır? Yəni biz Sergey Lavrovun erməni təəssübkeşliyindən kifayət qədər də xəbərdarıq. Bu baxımdan Sergey Lavrovun bu cür bəyanatlarını və açıqlamalarını təsadüfü hesab etmirəm. Bütün bunların hamısı böyük bir siyasətin tərkib hissəsidir. Biz bu cür məsələlərə bir az daha təmkinli yanaşmalıyıq. Bu cür bəyanatın verilməsi onların növbəti gedişatıdır, addımıdır. Bildiyiniz kimi, işğalçı Ermənistan faşist ideologiyasını təbliğ edən bir ölkədir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk Qrupunun həmsədr ölkənin üzvü olaraq bu cür açıqlamalar ilə çıxış etməməlidir. Yəni Qaragen Nejdenin heykəlini ucaltmış bir ölkədir. Əlbəttə ki, işğalçı ölkə olan Ermənistan layiq olduğu cəzasını alacaqdır. Çünki bu cür davam edə bilməz".

sia.az

Digər xəbərlər