Siyasət

  • 3 844

"Azərbaycan dinlər, sivilizasiyalar arasında dialoqa böyük töhfələr verir" RƏY-ÖZƏL

image

"Hər il ölkəmizdə bir neçə mötəbər beynəlxalq siyasi, iqtisadi, yaxud mədəni-humanitar tədbirlər keçirilir. Müxtəlif ölkələrdən çoxlu sayda nüfuzlu dövlət və din xadimlərinin, elm adamlarının qatıldığı bu cür tədbirlər Azərbaycanın dünyada tanıdılması, həmçinin müsbət imicinin gücləndirilməsi baxımından çox böyük önəm kəsb edir. Bu mənada Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir”. Bu fikirləri SİA-ya Milli Məclisin deputatıl Sevinc Fətəliyeva deyib.Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif dinlərin daşıyıcıları olan xalqlar arasında dialoqun qurulmasının önəmli olduğunu deyən deputat söyləyib ki, II Bakı Sammiti də bu baxımdan əhəmiyyət kəsb edir.Onun sözlərinə görə, hazırda dünyanın bir sıra nöqtələrində münaqişələr, dini dözümsüzlük , radikalizm mövcuddur: "Sammitin əsas məqsədi də beynəlxalq sabitliyə və təhlükəsizliyə ciddi təhdid olan ksenofobiya, islamofobiya, xristianofobiya, antisemitizm kimi təhlükələrin qarşısının alınması üçün siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılmasının və qlobal dialoqun gücləndirilməsinin vacibliyini bir daha bəyan etməkdir".S. Fətəliyeva söyləyib ki, Azərbaycan bütün mənalarda Şərq və Qərb arasında körpüdür və dinlər, sivilizasiyalar arasında dialoqa böyük töhfələr verir: "Hesab edirəm ki, II Bakı Sammiti də ayrı-ayrı dinlərin daşıyıcıları olan xalqlar arasında dialoqa mühüm töhfədir. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev dərin məzmunlu çıxış etdi, digər ölkələrin də din xadimləri və təmsilçiləri dünyanı düşündürən, narahat edən poblemlərdən danışaraq, çıxış yolları haqqında fikirlərini bildirdilər".Azərbaycan dünyada tolerantlıq məkanı kimi tanındığını xüsusi vurğulayan deputat qeyd edib ki, multikulturalizm ölkəmizdə həm dövlət siyasətinin tərkib hissəsinə, həm də həyat tərzinə çevrilib.

sia.az

Digər xəbərlər