"Ermənistan diaspora yardımlarından asılı bir ölkədir" ÖZƏL-ŞƏRH

"Respublikamızın beynəlxalq nüfuzunun artmasına xidmət edən hər bir addım, vətənda¬şımızda bugün və gələcəyə dair daha aydın, əmin fikirlər yaradır". Bunu SİA-ya QHT rəsmisi Əkbər Qoşalı deyib.Onun sözlərinə görə, dünyanın (özəlliklə bizə yaxın coğrafiyanın) indiki qarma-qarışıq halında bu çox önəmlidir: "Əlbəttə, ölkəmizə olan böyük etimadın təzahürlərini (etimadın özünü) görmək, bizimçün xoşdur.Rusiya Federasiyasının və NATO-nun ali hərbi komandanlığının məhz Bakıda görüşməsi, dövlətimizə həm bilavasitə görüş iştirakçılarının, həm də beynəlxalq ictimaiyyətin bəslədiyi böyük etimadın ifadəsidir. – Prezident İlham Əliyevin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin başçılıq etdiyi nü¬mayəndə heyətini qəbul edərkən söylədiyi nitq, etimad baxımından aydın tə¬səv¬vür yaradır.Tərələrin məhz Azərbaycan paytaxtını seçməsi təsadüfi deyil. Peşəkar generallar təsa¬düf¬lərə bağlı qərar vermir hər halda; onlarda bitkin fikir olmazsa, qərar da olmaz.İndi siz bircə təsəvvür edin, bu mötəbər görüş Qafqazda keçirilirsə, Bakıda deyil, məsələn, Tiflisdə də keçirilə bilərdi, elə deyilmi? Hətta İrəvanda keçirilsəydi, necə? – Yəni nəzəri cəhətdən Qafqazın üç paytaxt şəhərindən Bakı deyil, digər ikisindən biri də bu görüş-müzakirənin ünvanı ola bilərdi. Bəs o zaman nə üçün Tiflis, İrəvan deyil, məhz Bakı? – Bu, Azərbaycanın qürurlu duruşu, dövlət başçımızın beynəlxalq nüfuzu sayəsində mümkün olmuşdur, deyə düşünürəm; düşünürəm ki, ölkəmizin uzun illər ərzində sabitqədəm, özünəməxsus xarici siyasət kursu, bu kursla əldə etdiyi nəticə, qazandığı imic, Bakının görüş ünvanı seçilməsində həlledici olmuşdur.

Yaxşı, keçək suallara.
İrəvanmı? – Rəsmi İrəvanda ötən ilki baş nazir dəyişikliyindən sonra sanki Qərbyönümlü siyasi kurs önplana çıxacaqmış kimi bir əsinti olsa da, faktdan başqa fakt yoxdur: Ermənistan bir müstəqil dövlət deyil! Ermənistan dedikdə, bir “forpost”dan danışrıq, o ölkədən danışırıq ki, strateji müəssisələrinin tam əksəri başqa ölkədən olan idarəçilərə satılıb; və bu ölkə, kimin etiraf edib-etməməsindən asılı olmayaraq, bir işğalçıdır.Ermənistan diaspora yardımlarından asılı bir ölkədir.Üstəlik, Ermənistan Rusiyanın liderliyi ilə qurulmuş KTMT-nin üzvüdür.Hələ Tiflis… Gürcüstan paytaxtında siyasi təbəddülatlar bitib-tükənmək bilmir. Rəsmi Tif¬lis NATO ilə arsındakı məsafə (yaxud müəyyən yaxınlıq) müqabilində, qonşusu Rusiya ilə gərgin müna¬sibətdədir. Gürcüstan-Rusiya münasibətlərinin ayarı pozulmuş kimi görünür.Bakı isə… Azərbaycan isə… bir başqadır. Azərbaycan KTMT üzvü deyil, bununla belə Rusiya ilə müstəqillik məziyyətlərinin gərəkdirdiyi biçimdə qonşuluq edir.Beynəlxalq sülh¬mə¬ramlı missiyalarda Azərbaycan hərbçilərinin kamil iştirakı özü bir qiy¬mətli faktdır.
Gəlin bu planda bəzi faktları xatırlayaq:
Bəlli olduğu, ordumuzun sülhməramlı kontingenti hələ 20 il öncədən sülhməramlı əmə¬liyyatlarda iştirak edir. 1999-cu ilin sentyabr ayından 2008-ci ilin mart ayınadək sülhməramlı taqımımız (32 əsgər, 1 gizir və 1 zabit olmaqla) NATO-nun başçılığı ilə Kosovada sülhyaratma, sülhü dəstəkləmə əməliyyatlarında uğurla iştirak edib. Qeyd edilən 9 il içində Kosovada keçirilən əməliyyatlarda 345 nəfər əsgər, 7 nəfər gizir, 10 nəfər zabit olmaqla, toplam 362 nəfər hərbi qul¬luqçumuz iştirak edib.2002-ci ilin noyabrından isə ordumuzun 22 nəfərlik sülhməramlı taqımı Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri tərkibində fəaliyyətə başlayıb.Rəsmi qaynaqlarda göstərildiyi kimi, sonrakı illərdə respublikamızın Əfqa¬nıs¬tandakı sülhməramlı kontingentinin sayı bir xeyli artırılıb.Ümumən, 1999-cu ildən müxtəlif bölgələrdə keçirilmiş sülhməramlı əməliyyatlara ordu¬muzun 3000-dən artıq hərbi qulluqçusu qatılıb.Bax, bütün bu və bu qəbildən olan sabitqədəmliyimiz, dəqiq mövqeyimiz, beynəlxalq təh¬lükəsizliyə, dünya sülhünə töhfələrimiz, sivilizasiyalar və mədəniyyətlərarası dialoqa bəxş etdi¬yimiz dəyər (Bakının bu planda mərkəzi rol üstənməsi, əməli çalışmalar) və s. Rusiya-NATO səviyyəsində hərbi görüşlərin də Bakıda keçirilməsini məntiqli qılır. Özü təhlükəsiz şəhər olan Bakımız, beynəlxalq təhlükəsizlik üzrə məsləhətləşmələrin məhz Bakı ünvanlı olmasını təbii edir. – Necə deyərlər, “ağlın yolu birdir” – görünən dağa (bizim misalda, görünən şəhərə) nə bələdçi?..Beləliklə, qonşu Rusiya və (Avropadakı ən güclü üzvü (qardaş Türkiyə nəzərdə tutulur) bizim bölgədə yerləşən) NATO-nun ali hərbi komandanlarının Azərbaycan paytaxtında görüşləri artıq ənənəyə çevrilib. Azərbaycan Prezidenti Rusiya Silahlı Qüvvələri Baş Qərargahı rəisinin rəhbərlik etdiyi nü¬mayəndə heyətini qəbul edərkən bunu məhz “yaxşı ənənə” olaraq xarakterizə etdi: “Biz bunu yüksək qiymətləndiririk. Keçən il üç dəfə belə görüş olub. Bu il artıq ikinci görüşdür. Yəni, bu ənənə artıq yaşayır və düşünürəm ki, davam edəcək. Biz bunu bizə böyük etimad əlaməti kimi qiymətləndiririk. Ona görə ki, belə görüşlərin keçirildiyi yer çox ölkələr ola bilərdi, lakin seçim Bakının üzərinə düşüb və artıq üçüncü ildir ki, bu ənənə davam edir, - görüşlərin təməli 2017-ci ildə qoyulub, - bu, o deməkdir ki, bu məkan nəticə verir. Biz belə düşünürük.Əlbəttə, hər bir görüş, zənnimcə, bütün dünyada ümid doğurur. Ona görə ki, təkcə bizim regionda deyil, həm də dünyada təhlükəsizlik və sülh sizin əldə etdiyiniz razılaşmalardan asılıdır. Buna görə biz, əlbəttə ki, bundan qürur duyuruq. Bunu həm də bizim aramızda böyük etimada əsaslanan münasibətlərin əlaməti kimi qəbul edirik.”Prezident İlham Əliyev I Vitse-prezident Mehriban Əliyevanın Moskvaya bugünlərdə gerçək¬ləşmiş rəsmi səfərini də xatırlatdı: “Mehriban Əliyevanın Moskvaya dünən başa çatmış rəsmi səfəri də bizim münasibətlərin yüksək səviyyədə olmasını bir daha təsdiq etdi. Biz bu səfəri çox yüksək qiymətləndiririk".“Rusiya ilə Azərbaycan arasında həm ənənəvi istiqamətlərdə, həm də yeni istiqamətlərdə əməkdaşlıq potensialını artırmağa imkan var” deyən Azərbaycan Prezidenti, hərbi sahədə əmək¬daşlıq barədə də fikirlərini bölüşərək, diqqəti imkan və perspektivlərə yönəltdi. Həmin fikirlər generalların Bakı görüşünün bizimçün önəmini göstərən amillərlə bağlıdır. Dövlət başçımızın da dediyi kimi, əlbəttə, böyük bir ölkənin Qərargah rəsinin Bakıya gəlişi, NATO generalı ilə görüş mandatından başqa, bizimlə hərbi-texniki əməkdaşlığı bir daha müzakirə etmək, növbəti ildə qar¬şılıqlı fəaliyyətin yollarını bəlli etmək üçün özünəməxsus fürsətdir. – Təsadüfi deyil ki, prezident, Rusiya ilə Azərbaycan arasında ənənəvi və habelə yeni istiqamətlərdə əməkdaşlıq potensialını artırmaq imkanına vurğu yapdı.Son aylar Türk Şurasına, Qoşulmama Hərəkatına, dünya dini liderlərinin toplantısına yük¬sək səviyyəli evsahibliyi etmiş Azərbaycan paytaxtı, generalların görüşünə (növbəti dəfə) ev¬sa¬hibliyi etməklə, çoxvektorlu xarici siyasət kursunun Azərbaycan modelini sərgiləmiş oldu; bunula, bey¬nəlxalq təhlükəsizliyə çoxfunksiyalı töhfələr vermək imkan, bacarığı barədə təsəvvürləri dərin¬ləşdirmiş, möhkəmləndirmiş oldu. Bölgənin, dünyanın bakı gələcəyinə bizim Bakıdan baxılır…".

sia.az