Siyasət

  • 3 648

"Prezident inkişafımızı istəməyənlərin əməlləri barədə fikirlərini ifadə etdi" MÖVQE-ÖZƏL

image

“Bu gün Azərbaycan dünyada güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib.O bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial siyasət nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib.Millət vəkili qeyd edib ki, Azərbaycanın güclü təməllər üzərində dinamik inkişafını şərtləndirən əsas amillərdən biri də ölkəmizdə milli maraqlara əsaslanan siyasətdir: "Prezident İlham Əliyev BDU-nun 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə Azərbaycanın keçdiyi inkişaf yolu, qazanılan uğurlar, eyni zamanda ölkəmizin inkişafını istəməyən dairələrin əməlləri haqqında fikirlərini geniş şəkildə ifadə edib. Mərasimdə “Bizdən çox bizi istəyən heç vaxt olmayıb və olmayacaq”-deyən dövlətimizin başçısı Azərbaycana qarşı müəyyən dairələrin, o cümlədən radikal müxalifətin qarayaxma kampaniyası apardığını diqqətə çatdırıb. Amma Azərbaycan xalqı həmin dairələrin yalanlarına inanmır”.Deputat qeyd edib ki, bütün bunların nəticəsidir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir: “Təsadüfi deyil ki, ictimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da ölkəmizdə vətəndaşların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiklərini, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür”.

sia.az

Digər xəbərlər