“Gənclər bütün cəmiyyətlərin, xalqların ümid yeridir” ÖZƏL-MÜNASİBƏT

“Gənclər bütün cəmiyyətlərin, xalqların ümid yeridir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.O bildirib ki, Prezident İlham Əliyevin gənclərə verdiyi tövsiyyəsi ondan ibarətdir ki, gənclər vətənpərvər, savadlı, bilikli və son dərəcə ayıq olamlıdır: "Cənab Prezident həmçinin yaxın keçmişimizə nəzər salaraq, gənclərə tövsiyyə etdi ki, gənclər bütün tariximizi, o cümlədən, yaxın keçmişimizi dərindən öyrənməlidirlər. 90-cı illərin əvvəllərində hakimiyyətdə olanlar, hakimiyyətə gəlmək üçün mübarizə aparan müxalifət və iqtidar məsələlərinin hansı səviyyədə olmasına, torpaqlarımızın işğal altında olmasının səbəbləri, siyasi dəllalların kim olması, onların nə etdikləri, bütün bunları gənclərimiz dərindən öyrənməlidir ki, kimin kim olduğuna qiymət verə bilsinlər”.Deputat həmçinin qeyd edib ki, müəyyən dairələr, qüvvələr bəzən gənclərimizin məlumatsızlığından istifadə edir, onları yanlış yollara çəkirlər: "Bunlara aldanmamaq üçün gənclərimiz son dərəcə savadlı və tariximizi dərindən bilməlidirlər. Eyni zamanda, dövlətin möhkəm olması, torpaqlarımızın azad olunması üçün gənclər dövlətçi, vətənpərvər olmalıdırlar. Çünki, öz tarixini bilməyən vətəndaş vətənə bağlı ola bilməz. Azərbaycanın bugünkü gəncliyi layiqli, mübariz, savadlı gənclikdir. Lakin, Azərbaycan gəncliyi daha da yaxşı olmalıdır. Bu gün ümidlərimizi doğruldan, sərhədlərimizi qoruyan, idman və bu kimi tədbirlərdə bayrağımızı qaldıran da bizim gənclərimizdir. Biz gənclərimizlə fəxr edirik və biz istəyirik ki, onlar savadlı, dünyagörüşlü olsun".

sia.az