Siyasət

  • 3 858

“Müxalifətin radikal qanadı həmişə böhtanlarla məşğul olub” RƏY - ÖZƏL

image

"Müxalifətin radikal hissəsi həmişə böhtanlarla məşğul olub və olur". Bunu SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib.Onun sözlərinə görə, hər zaman olduğu kimi indidə parlamentin fəaliyyətinə qarayaxırlar: "Bu gün, parlamentin buraxılması ilə bağlı normal, adi bir demokratik proses gedir, onu qaralamaq üçün müxalifətin radikal qanadı qeyri-ciddi fikirlər səsləndir, açıqlamalar verirlər. Radikal müxalifət bu cür hərəkətlərə əl atmaqla yenə də yanlış yolu davam etdirdiklərini nümayiş etdirilər, Çünki hər şey konstitusiyada hüquq çərçivəsində həll olunanda belə yenə də sözügedən müxalifət etirazlarını bildirirlər. Əlbəttə ki, onların bu cür hərəkətləri də tamamilə yanlışdır və hər şeyə etiraz eləmək elə müxalifətlik demək deyil. Yəni sözügedən qüvvələrin bu cür etirazları qərəzdən və açıq aşkar demək bu proseslərə əngəl olmaqdan başqa bir şey deyil".

sia.az

Digər xəbərlər