Siyasət

  • 3 211

Ağdaşlı gənclərlə görüş keçirilib

image

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında təbliğat-təşviqat kampaniyası çərçivəsində gənclərlə görüş keçirib.
Görüşü YAP Ağdaş rayon təşkiltının sədri Cavid Osmanov açaraq, 23 dekabr tarixində baş tutacaq Bələdiyyə seçkiləri haqqında məlumat verib. Son illər ərzində ölkədə, eləcə də, Ağdaş rayonunda görülən işlərə diqqət çəkən C.Osmanov Azərbaycanın davamlı inkişaf mərhələsi yaşadığını, insanların sosial rifah halının gündən-günə yaxşılaşdığını və bütün bunların Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasətin nəticəsi olduğunu qeyd edib. Əsasını Ümummilli Lider Heydər Əliyevin qoymuş olduğu gənclər siyasətinin ölkə başçısı İlham Əliyev tərəfindən müasir dövrün tələbləri çərçivəsində davam etdirildiyini vurğulayan C.Osmanov dövlətin bu gün gənclərə göstərdiyi diqqət və qayğıdan söz açıb.
Tədbirdə millət vəkili Elman Nəsirov çıxış edərək, Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi layihələrə, eləcə də, dövlətimizin beynəlxalq münasibətlərinə diqqət çəkib və ölkənin inkişafında gənclərin də üzərinə böyük vəzifələrin düşdüyünü bildirib.
Görüşdə YAP Ağdaş rayon təşkilatı gənclər birliyinin sədri Teymur Əmirli, fəal gənclər İsa Seyidov, Pərvin Əhmədov, ilk dəfə səs verəcək gənclər Ülkər Əzizova və Şəhla Mürsəlova çıxış edərək, 23 dekabrda keçiriləcək Bələdiyyə seçkilərində fəallıq nümayiş etdirərək, Yeni Azərbaycan Partiyasının namizədlərinə yekdilliklə səs verəcəklərini qeyd ediblər.

ZÜMRÜD BAYRAMOVA



Digər xəbərlər