Siyasət

  • 4 043

Əli Kərimlinin "Milli Şura»sı namizəd tapa bilmir

image

"Boykot"un da səbəbi budur

Yenə də köhnə təfəkkürlə "boykot" oyunu. Bu, təəccüb də doğurmur. AXCP sədri Əli Kərimlinin siyasi sistemdə ənənəvi hoqqabazlığıdır. Çünki bu gün müxalifət düşərgəsində olan siyasi partiyaların böyük hissəsi, hətta ənənəvi olaraq, indiyədək "boykot" taktikası ilə hərəkət etmiş bəzi partiyalar seçkidə xalqı öz seçicisinə çevirmək yolları üzərində düşündüyü halda, "Milli Şura" subyektləri, xüsusən də, AXCP sədri Ə.Kərimli cəmiyyəti "boykot»a səsləyir, insanların onun bu çağırışına heç bir məhəl qoymadığını bildiyi təqdirdə, çoxillik uğursuz üsulunu davam etdirməkdədir. Onu da xalq yaxşı bilir ki, Ə.Kərimli bu günə kimi, ölkədə keçirilən seçkiləri "boykot" çağırışı ilə çıxış etməyinin əsas səbəbi sosial bazasızlığını ört-basdır etmək, ölkədə siyasi vəziyyəti qarışdırmaqdır və kompromissiz pozuculuq rolunda çıxış etdiyini təsdiqləyir. Çünki Ə.Kərimlinin maraqlandıran seçki yox, seçki prosesi üstündə hakimiyyətin ünvanına mümkün qədər ittiham bəhanələri istehsal etməkdir. Bu amil isə, bir daha sübut edir ki, sonrakı mərhələlərin seçki-siyasi proseslərində "boykot»çu radikallara yer olmayacaq.

Əli Kərimli nə istəyir və kimi "boykot" edir?

Bəllidir, Ə.Kərimli yaxşı bilir ki, satqınçılıqla məşğul olan bayquş kimi tək qalar. AXCP sədrinin parlament seçkiləri ilə bağlı "boykot" çağırışı ilə növbəti hoqqabazlığının da səbəbi 125 dairə üzrə, nəinki müşahidəçi, komissiya üzvü, heç deputatlığa namizəd də tapa biləcək durumda deyil. Ona görə də, ən yaxşı yol "boykot"dur deyir. Belə olan halda, gəlin görək, bu kimi məsələlərdə günahkar, həqiqətən də, yalnız Ə.Kərimlidirmi? Uzun illərdir ki, ənənəvi və naftaliln qoxusu verən düşərgənin daxilində və xaricində İ.Qəmbərin, R.Quliyevin, A.Hacılının və sairlərinin var-gəl etmələrinə rəğmən, ortaya bir şey çıxara bilməmələri, sözün əsl mənasında, onların başağrılarına çevrilib. Belə başağrılarından biri də «AMDP»-nin sədri İsgəndər Həmidovdur ki, özü-öz başına oyun açıb. Daha dəqiq desək, "zirvə" deyilən müxalifət "birliyini" bir araya gətirib, "liderlik" sevdasına düşən «AMDP» sədri elə ilk dəfədən "uzun illərin müxalifətçi dostları" adlandırdığı şəxslər tərəfindən bir kənara atıldı.
Bütün bunların baş verməsinin əsas dərdi xaricdən gələn qrantlardır. Göründüyü kimi, səbəblər və nəticələr çoxdur, amma onların məcmusu "Milli Şura"nın əsl rəhbərinin Ə.Kərimli olduğunu açıq-aydın göstərir və indi də belədir.
Aşkar və aydın görünən budur ki, AXCP, habelə, Ə.Kərimlinin ətrafında satellit qismində mövqe tutmuş kiçik və mikroskopik partiyalar seçki formasından istifadə etmək niyyətilərində deyil. Bundan başqa, hansısa partiyanın seçkilərdə iştirakla bağlı şərtlər irəli sürməsi, siyasi fəaliyyətdə anormal bir vəziyyətdir. Məlum olan odur ki, Ə.Kərimlinin bu günə kimi puç olan xəyalları bu dəfə də puç olacaq.

R.HÜSEYNOVA

Digər xəbərlər