Siyasət

  • 3 191

Azərbaycan xalqı üçün xidmətlərini unutmur və bu xidmətlərər görə Onun əziz xatirəsini daim uca tutur

image

“Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsinin yad edilməsi, məzarının ziyarət olunması Azərbaycanda dövlətçilik ənənəsinə çevrilib. Bu bir daha onu göstərir ki, xalqımız, hər bir azərbaycanlı Heydər Əliyevin Azərbaycan xalqı üçün xidmətlərini unutmur və bu xidmətlərər görə Onun əziz xatirəsini daim uca tutur”. Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

“Bu gün Yeni Azərbaycan Partiyası olaraq Ulu Öndərin məzarını ziyarət edərək əziz xatirəsinə ehtiramımızı bildirdik”-deyən, Əli Əhmədov qeyd edib ki, Azərbaycanın hər bir guşəsində bu gün və sabah Heydər Əliyevin xatirəsi anılacaq, Onun xatirəsinə hörmət və ehtiram göstəriləcək.
“Bu onu göstərir ki, Azərbaycan vətəndaşları Heydər Əliyevin xatirəsini nəinki unutmurlar, Onun yolu ilə gedirlər. Çünki ötən illər ərzində Azərbaycanın inkişafı, tərəqqisi, yeniləşməsi və müasirləşməsi Heydər Əliyev siyasətinin yenə də Azərbaycana, xalqımıza xidmət etdiyini sübut edir. Heydər Əliyev siyasətinin Azərbaycanda Prezident İlham Əliyev tərəfindən yeni şəraitdə yaradıcılıqla həyata keçirilməsi sayəsində bu gün Azərbaycan gənc uğurlu dünya dövlətlərindən birinə çevrilib, ölkəmizin simasi əhəmiyyətli dərəcədə dəyişib. Bütün bunların hamısı Ümummilli Lider Heydər Əliyevin gördüyü işlərdən, yaratdığı möhtəşəm abidələrdən və irsdən xəbər verir”-deyə, Əli Əhmədov vurğulayıb.

yap.org.az

Digər xəbərlər