Siyasət

  • 3 325

ABŞ Türkiyəyə qarşı bütün siyasi addımlardan istifadə edir - ÖZƏL AÇIQLAMA

image

Təəssüflə qeyd etmək lazımdır ki, ABŞ senatı Osmanlı imperiyasında baş verən hadisəni soyqırım kimi tanımaq haqqında qətnamə qəbul edib. Bunu SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.Politoloq bildirib ki, bu o deməkdir ki, artıq senat qondarma erməni soyqırımını tanıyıb: “Məlumdur ki, artıq bir neçə müddətdir respublikaçılar çalışırdılar ki, bu prosesləri dayandırsın və bu qətnamə qəbul edilməsin. Lakin son vaxtlar artıq ABŞ və Rusiya arasında soyuq müharibə başladığına görə, S400 raketlərinin alınması ilə əlaqədar Rusiya Türkiyə münasibətlərinin yaxınlaşmasından sonra artıq iqtisadi- siyasi təziqlər, digər sanksiyalarla paralel olaraq aparılmağa başlanıb”.A.Nağıyev qeyd edib ki, məlum məsələdir ki, ABŞ-ın Türkiyəyə qarşı istifadə edə biləcəyi bir neçə siyasi addım var: “Onlardan biri Fətullah Gülən məsələsi, ikinci məsələ isə qondarma soyqırımın tanınması məsələsidir. Buna görə də ABŞ bütün bu metodların hamısından istifadə edir. Yəni, Amerika təbii ki, Türkiyə kimi bir tərəfdaşla, NATO blokunun üzvü olan bir dövlətlə münasibəti pozmurdu. Lakin son zamanlar bu münasibət pozulmağa başlanıb. Düşünürəm ki, eyni zamanda qondarma erməni soyqırımının tanınması İsrail kimi bir dövlətə də mesajdır.Çünki dəfələrlə prinsipdə bu məsələ qalxıb lakin İsrail dövləti Türkiyə ilə münasibəti korlamamaq üçün bu addımı atmamışdır”.Sonda isə politoloq vurğulayıb ki, belə olan halda düşünürəm ki, bu ermənilərin qələbəsi kimi qeyd olunmamalıdır: “Bu sadəcə olaraq erməni qondarma soyqırımında istifadə edərək, Türkiyəyə olan təziq oluna biləcək siyasi bir variantdır. Ermənilər də sadəcə olaraq bundan bir vasitə kimi istifadə edirlər. Bu məsələnin Dağlıq Qarabağ münaqişəsinin həllində, yaxud gələcəkdə Azərbaycan ABŞ münasibətlərinin korlanması kimi məsələlərə hər hansı bir təsirinin olacağı inandırıcı görünmür. Təbii ki, Azərbaycan daim Türkiyənin yanındadır, dəstəkləyir. Düşünürəm ki, hətta Azərbaycan Türkiyədən daha çox bu mövzuda öz təbliğat mexanizmindən istifadə edir. Lakin bu siyasətdir, ABŞ bu addımı atır və təbii ki, gələcəkdə Türkiyə ilə münasibətlərin gərginləşməsində müəyyən problemlər yarana bilər. Digər baxımdan bir neçə ştat artıq bu qətnaməni qəbul edib və heç bir şey dəyişməyib. Türkiyə dəfələrlə arxivlərin açılmasını təklif edib, ancaq erməni tərəfi bundan imtina edib. Əsas məqam bundan ibarətdir”.

sia.az

Digər xəbərlər