Siyasət

  • 3 562

“Boykot” qərarı ilə “Milli Şura” ağır durumunu daha da ağırlaşdıracaq

image

Hər bir partiyanın gücü, sosial dayaqları onun seçkidə iştirak etməsi ilə müəyyənləşir. Amma “Milli Şura”, AXCP parlament seçkilərində iştirak etməyəcəklərini bəyan ediblər. Bu azmış kimi onlar kütləvi aksiyalara başlayacağını da bəyan edilər. Söhbət etdiyimiz müsahiblərimiz “Milli Şura” və AXCP-nin seçkilərlə bağlı mövqelərinin “Siyasi partiyalar haqqında Qanun”a və siyasi mübarizə metodlarına zidd olduğunu bildirdilər.
Millət vəkili Elman Nəsirli: “Müxalifətin “boykot” taktikası cəmiyyətimizdə gülüş doğurur”
- Ölkəmiz çox mühüm siyasi hadisələr ərəfəsindədir. Dekabrın 23-də bələdiyyə seçkiləridir, 2020-ci ilin fevralın 9-da isə parlament seçkiləri keçiriləcək. İndidən artıq seçkiöncəsi xüsusilə də parlament seçkiləri ərəfəsi cəmiyyətdə çox böyük bir fəallıq hiss olunmaqdadır və indidən söyləmək olar ki, Azərbaycanın demokratik inkişaf tarixinə 9 fevral seçkiləri şəffaf, azad, obyektiv bir seçkilər kimi daxil olacaq. Ən azı ölkəmizdə 50-yə yaxın siyasi partiya var, artıq 40-a qədər siyasi partiya parlament seçkilərində iştirak niyyətini ortaya qoyub. Artıq 9 partiya qeydiyyatdan keçib, yaxın prespektivdə də digər partiyaların qeydiyyatdan keçəcəyi gözlənilir. Faktiki olaraq, yeganə bu prosesdə “boykot” yolunu seçən AXCP və “Milli Şura”dır. Demək olar ki, adları çəkilən partiyaların “boykot” taktikası cəmiyyətimizdə gülüş doğurur. Çünki adətən bu siyasi mübarizə üsulunu tutan siyasi partiyaların cəmiyyətdə çox böyük nüfuzu, elektaratı, sosial bazası olur və onların “boykot” taktikası seçkilərin nəticələrinə çox ciddi təsir göstərir. Ona görə də, AXCP-nin, “Milli Şura”nın cəmiyyətdə heç bir real gücü yoxdur, ən azı onların qeyri-qanuni mitinq və piket cəhdləri onların hansı sosial bazaya malik olduğunu üzə çıxartdı. Yəni heç bir baza yox, heç bir xalqdan dəstək yox və onların bu “boykot” taktikası özlərini boykotdan başqa bir şey deyil. Yəni özləri-özlərini bütün bu proseslərdə kənar edirlər və cavabını da biz bilirik. Cavabı da odur ki, seçkilərə qatılmaq real gücü ortaya qoymaqdır. O güc olmayacağı təqdirdə isə seçkilərin nəticələri radikal qruplaşmaların nə qədər zəif olduğunu və heç bir dəstəyə malik olmadığını üzə çıxaracaq və bu səbəbdən də hesab edirik ki, onlar məğlubiyyətin acısını yaşamamaq üçün bu seçkilərə qatılmırlar. Demək olar ki, onlar virtual aləmin qəhramanlarıdırlar. Onlar deyilər ki, bizim virtual aləmdə tərəfdaşımız var amma real həyatda, piket məsələsi ortaya çıxanda isə məlum olur ki, onlar sabun köpüyündən başqa bir şey deyil. İndi isə onlar yenidən bulanıq suda balıq sevdasına düşüblər və seçkini “boykot” edəcəklərini bildiriblər və bununla yanaşı onların yenə də küçə nümayişləri, etiraz dalğası yaradacaqları haqqında bəyanatlar verirlər. Bilirsiniz bu əslində qaşıqda su fırtınası yaratmağa bənzəyir və cəmiyyətimizdə haqlı olaraq gülüş hədəfinə çevrilirlər. Bir sözlə, əgər onların ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası kimi nüfuzları olsaydı və arxasında xalq dayansaydı, onlar istənilən seçkiyə qatılardılar. Bütün bunlar olmadığından “boykot” kimi anormal bəyanatlar verirlər. Eyni zamanda, onların bu cür hərəkətləri heç müxalifət daxilində də bəyənilmir. İndi müxalifətin özü radikal siyasi dairələrdən uzaqlaşır və onların taktikasını bəyənmir, rədd edir və qarşıdan gələn parlament seçkilərində iştirak edəcəklərini bildirirlər. Artıq Müsavat, AMİP və digər partiyalar namizədlərini irəli sürüblər. AXCP və “Milli Şura” seçkilərdə iştirak etməyəcəklərsə bu onlar üçün növbəti problemlər və uğursuzluqlar gətirəcək.
“Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov: ““Milli Şura” bir az da irəli gedib “boykot” haqqında mızıldanır”
- Demokratik cəmiyyətlərdə, o cümlədən Azərbaycanda seçkilər dönəmində müxtəlif aksiyalar, o cümlədən mitinqlər, piketlər keçirməkdə heç bir aşağılanmadan, qanunsuzluqdan söhbət gedə bilməz. Bu başqa məsələdir ki, həmin aksiyalar qanunla qadağan olunmayan yerlərdə, həm də qanunla qadağan olunan şüarlar səsləndirməməklə keçirilməlidir. Bəzi müxalif qüvvələr isə məqsədli şəkildə qarşıdurma yaratmaq üçün bu tələbləri pozmaqda maraqlıdırlar. Bu da onlara xaricdəki anti-Azərbaycan qüvvələr tərəfindən verilən sifarişdir. Qaldı milli olmayan “Milli Şura”nın, AXCP-nin seçkilərdə iştirak etməmələri barədə qərarlarına, bu, gözlənilən idi. Hələ “Milli Şura” bir az da irəli gedib “boykot” haqqında mızıldanır. Hələ də siyasətlə məşğul olan bu bədbəxtlər siyasətin əlifbası olan iştirakdan imtina ilə boykot arasındakı fərqi görə bilmirlər. Boykot çağırışını o siyasi qurum eləyə bilər ki, onun seçici tərəfdarı ümumi seçicilərin azı yarısından çox olsun. Bunlar isə beş-on partiyanın da dəstəyi ilə keçirdikləri aksiyalarda min nəfər də toplaya bilmirlər. Belə olduğu halda hansı qüvvə ilə boykot haqqında danışa bilərlər? Əvvəllər olduğu kimi, seçkilərdə heç bir nailiyyətlərinin olmayacağını özləri də gözəl bilir və buna görə də özlərini sığortalamaq üçün müxtəlif yollar axtarırlar. Necə deyərlər, ağaları buyurur ki, sürün dərəyə, bunların ağzı nədir yoxuşa sürələr. Təəssüf eləyirəm ki, hələ də 25 illik müxaliflik təcrübələri olmasına baxmayaraq, irəliyə doğru bir addım da ata bilmirlər, belə getsə ata bilməyəcəklər də.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli: “Uğursuzluq bundan sonra da müxalifəti izləyəcək”
- Hər bir ölkədə müxalifət var. Normal müxalifətçiliyin özünün də normal davranış qaydaları var və o qaydalara əməl edilməlidir. Bizim müxalifətin və “Milli Şura” daxil olmaqla həmişə adlarının qarşısında epitet radikal müxalifət dağıdıcı bir qüvvə kimi çıxış edirlər. Demək olar ki, adları çəkilən bu
qüvvələrin bu cür hərəkətləri zaman-zaman olub. ona görə də, onların imici bu cür formalaşıb ki, onların qarşısına bir radikal sözü artırılıb. Bir sözlə, bunlar radikal müxalifətdir, dağıdıcı müxalifətdir və hər şeyə də dağıdıcı yanaşırlar. Adları çəkilən qüvvələrin indi atdığı addımlar da onların xarakterinə uyğun gəlir. Bir sözlə, normal müxalifət seçkiyə getməlidir, seçkidə xalqın dəstəyini qazanmalıdır. Amma adları çəkilən şəxslər çox gözəl bilirlər ki, xalq tərəfindən dəstəkləri yoxdur. Ona görə də, vəziyyətdən çıxmaq, özlərini reklam etmək üçün bu cür radikal addımlara əl atırlar ki, bu da əslində yolverilməzdir. Çünki xalq onların kim olduğunu çox gözəl bilir və son nəticədə də bir daha onlar öz kimliklərini təsdiqləmiş olacaqlar. Ümumiyyətlə, bu günə qədər ölkədə keçirilən bütün seçkiləri radikal müxalifət təmsilçiləri uduza-uduza gəliblər. Bu amil, yəni uğursuzluq bundan sonrada müxalifəti izləyəcək.

GÜLYANƏ

Digər xəbərlər