Siyasət

  • 3 048

Eldar İbrahimov: Həyata keçirilən islahatlar ölkəmizin daha da güclənməsinə xidmət edir

image

“Dünyanın iqtisadi və siyasi həyatında baş verən mənfi proseslər fonunda ölkəmizin bir çox iqtisadi sahələrində artımın əldə olunması şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasəti sayəsində mümkün olub. Məhz bunun nəticəsidir ki, qlobal səviyyədə hələ də davam edən çox ağır maliyyə və iqtisadi, habelə siyasi böhranların təsirindən ölkəmiz çox cüzi itkilər verməklə alnı açıq çıxıb». Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, bütün bunlar sübut edir ki, əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan iqtisadi və sosial siyasət Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və dövrün tələbinə uyğun olaraq təkmilləşdirilir. Onun sözlərinə görə, dövlət başçısının milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrini təsdiq etməsi bunun əyani sübutudur.
«Dövlətimizin başçısı ölkəmizin qüdrətinin daha da möhkəmlənməsi, ölkə əhalisinin maddi-rifah halının yaxşılaşması, müstəqil Azərbaycan Respublikasının dünyada reytinqinin daha da yüksəlməsi üçün daim axtarışdadır və bu məqsədə çatmaq üçün ən iri layihələrin icrasını təmin etmək əzmindədir. Həyata keçirilən islahatlar da məhz ölkəmizin daha da güclənməsinə xidmət edir”- deyə, komitə sədri vurğulayıb.

yap.org.az

Digər xəbərlər