Sosial

  • 4 309

Cəlilabadda qədim yaşayış məskəni aşkar edilib

image

Cəlilabad rayonunun Buravar kəndində təpəlik olan ərazilərdə torpaq sürüşməsi nəticəsində qədim məzarlıq və qədim yaşayış məskəni aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyasından SİA-ya verilən xəbərə görə, ərazidə qədim dövrə aid xeyli sayda baş daşları, çoxlu soba və kül qalıqlarının aşkar edilməsi buranın qədim yaşayış məskəni olduğunu bir daha sübut edir.Tarixçilər ərazidəki əksər əşyaların gildən hazırlandığını və tapılmış maddi-mədəniyyət nümunələrinin tunc dövrünə aid olduğunu bildiriblər.

sia.az

Digər xəbərlər