Sosial

  • 5 850

"İslahat xarakterli qanunların qəbul edilməsinə də ehtiyac var"

image


“Son vaxtlar bu regionda maraqları olan ölkələrin Azərbaycana təzyiqləri artıb. Ona görə də islahat xarakterli qanunların qəbul edilməsinə də ehtiyac var”. SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Əli Məsimli parlamentin payız sessiyasının ilk iclasında çıxışı zamanı deyib.Onun sözlərinə görə, bu sessiyanın qanunvericilik işləri planında islahatlarla bağlı qanunlar var, ancaq bir sira qanunlar da plana salınmalıdır: “Ona görə də maliyyə sektorunda olan problemlər həll olunmalıdır. Çünki Azərbaycanda hər 4 nəfərdən birinin banka borcu var. Dünyanın heç bir yerində borcu olanı həbs etmirlər. Qanunvericilik yolu ilə bu məsələni həll edirlər. Biz bilirik ki, həmin borcların bir hissəsi qaytarılması mümkün olmayan kreditlərdir. Ona görə də bu məsələnin həllinə çalışmalıyıq”.

sia.az

Digər xəbərlər