Sosial

  • 5 440

“Dini maarifləndirmə işi: Mövcud vəziyyət və imkanlar”

image

Bugün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Dini maarifləndirmə işi: Mövcud vəziyyət və imkanlar” adlı konfrans keçirilir.SİA-nın verdiyi məlumata görə, konfransda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı İslam Universitetinin rəhbərliyi, universitetin müəllim-tələbə heyəti, eləcə də dini sahədə fəaliyyət göstərən ekspertlər və ictimaiyyət nümayəndələri iştirak edirlər.Konfransda dövlətimizin din siyasətinin ictimaiyyətə çatdırılması yolları, dövlətçiliyimizi və milli-mənəvi irsimizi qorumaq, eləcə də təbliğ etmək kimi məsələlər, eyni zamanda dini maarifləndirmə işinin təşkili və aparılması sahəsində əldə edilmiş nailiyyətlər və qarşıda duran vəzifələr müzakirə edilib.

sia.az

Digər xəbərlər