Sosial

  • 5 080

Serbiya mətbuatı Xocalı faciəsindən yazır

image

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Serbiyanın geniş oxucu kütləsinə malik balkanian.com saytında “Azərbaycan Xocalı faciəsinin qurbanlarını xatırlayır” başlıqlı məqalə yerləşdirilib.Məqalədə Ermənistanın ölkəmizə, xalqımıza qarşı yürütdüyü işğalçı, təcavüzkar və etnik təmizləmə siyasəti, vətəndaşlarımıza qarşı törədilmiş vəhşiliklər, Xocalı faciəsinin səbəbləri, qurbanları barədə geniş məlumat verilib, eləcə də dünya birliyinin bu soyqırıma və tarixi torpaqlarımızın işğalına laqeyd münasibəti qeyd edilib.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının əks olunduğu dörd qətnaməyə baxmayaraq, Ermənistanın tarixi ərazilərimizi hələ də işğal altında saxlamasından bəhs edilib, habelə Xocalı soyqırımının dünyanın nüfuzlu KİV-lərində işıqlandırıldığı, ”Human Rights Watch” təşkilatı tərəfindən sənədləşdirildiyi, lakin dünya liderlərinin və mötəbər beynəlxalq təşkilatların buna layiqincə qiymət vermədiyi vurğulanıb. http://balkanin.com/index.php/drustvo/item/1117 (AZƏRTAC)

sia.az

Digər xəbərlər