Sosial

  • 7 588

DSX-nin hərbi hissələrində "Valideyn günləri" keçirilib

image

Dövlət Sərhəd Xidmətində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə təlim-tərbiyə işinin səmərəliliyinin yüksəldilməsi, şəxsi heyətin vətənpərvərlik tərbiyəsinin və mənəvi-psixoloji vəziyyətinin daim yüksək səviyyədə saxlanılması, hərbi kollektivlərdə sağlam mənəvi mühitin yaradılması məqsədilə mütəmadi olaraq tərbiyəvi və mədəni-kütləvi tədbirlər keçirilir. SİA-ya Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, bu tədbirlərin sırasında 2003-cü ildən başlayaraq Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində keçirilən və artıq ənənəyə çevrilmiş "Valideyn günləri" xüsusi yer tutur.Xalqımızın böyük ruh yüksəkliyi ilə qarşılamağa hazırlaşdığı Novruz bayramı ərəfəsində mart ayının 18-də Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissələrində keçirilən "Valideyn günləri"ndə hərbi hissələrin rəhbərliyi, rayon icra hakimiyyətlərinin, yerli bələdiyyələrin nümayəndələri və əsgərlərin valideynləri iştirak etmişlər. Keçirilən tədbirlərlərdə öncə qonaqlara çay süfrəsi arxasında hərbi hissələr barədə ümümi məlumat verilmiş, qonaqlar yaradılmış xidmət və məişət şəraiti ilə tanış olmuşlar.Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli sərhəd siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi sayəsində sərhədlərimizin etibarlı mühafizəsinin təmin edilməsi istiqamətində əldə edilmiş yüksək nailiyyətlər xüsusi vurğulanmış, Vətənimizin sərhədlərinin mühafizəsinə göstərilən dövlət qayğısını, Dövlət Sərhəd Xidmətində gedən dinamik inkişafı, əldə olunmuş uğurları əks etdirən foto-slaydlar və video görüntülər nümayiş etdirilmişdir.Çıxış edən valideynlər yaradılmış şəraitdən razı qaldıqlarını bildirmiş, övladlarına öz tövsiyələrini vermişlər. Daha sonra dövlət sərhədinin mühafizəsinin təşkilində valideynlərin və hərbi kollektivlərin üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılmış, övladlarının xidmətləri ilə bağlı valideynlərin rəy və təklifləri dinlənilmişdir.Xidmətdə yüksək nəticələr göstərmiş hərbi qulluqçular "Xidmətdə fərqlənmiş sərhədçi" döş nişanları, fəxri fərmanlar, qiymətli hədiyyələrlə mükafatlandırılmış, fərqlənmiş hərbi qulluqçuların valideynlərinə "Təşəkkür məktubları" təqdim olunmuşdur.Valideynlər övladları ilə birgə nahar etdikdən sonra Novruz tonqalı ətrafında incəsənət ustalarının və hərbi hissələrin özfəaliyyət kolletivlərinin hazırladığı maraqlı konsert proqramlarına tamaşa etmişlər.

sia.az

Digər xəbərlər